Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Redaktor

27.01.2026 10:23
426

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Azərbaycanda ərlə arvadın bir-birinin avtomobillərini etibarnaməsiz idarə etmələri məsələsi tez-tez gündəmə gəlir. Söhbət ondan gedir ki, tərəflər avtomobilin birgə mülkiyyət olmasını əsas gətirərək etibarnaməyə ehtiyac görmürlər.

Bu məsələdə iddialardan biri də nikah şəhadətnaməsinin etibarnamə olmadan ər-arvadın bir-birinin avtomobillərini idarə etməyə imkan verməsidir. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir?  

İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir. Başqa sözlə, sahibi avtomobildə deyilsə, nəqliyyat vasitəsi etibarnamə ilə idarə edilməlidir. Ailə Məcəlləsinin 32-ci maddəsində isə deyilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 

Elə ərlə arvadın bir-birinin maşınlarını etibarnaməyə ehtiyac olmadan idarə etmələrində haqlı saymaları da Ailə Məcəlləsinin sözügedən bəndindən irəli gəlir. Lakin həmin Məcəllənin 34-cü maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Başqa sözlə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılsa da, ondan istifadə və digər hüquqlar ər və arvadın qarşılıqlı razılığı ilə baş tutmalıdır. 

Bəs, ər-arvad bir-birinə aid olan avtomobilləri nikah şəhadətnaməsi əsasında idarə edə bilər?

Ailə Məcəlləsinə görə, nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Yəni nikah haqqında şəhadətnamə yalnız tərəflər arasında nikahın olmasını təsdiq edir. Həmçinin “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsi sürücünün özündə saxlamalı olduğu sənədləri müəyyən edir və onların arasında nikah şəhadətnaməsi yoxdur.

Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2023-cü il tarixli Qərarında isə deyilir ki, İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur.

Qərarda yalnız ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olunur. Yəni ər-arvad bir-birlərinin avtomobilini yalnız ümumi mülkiyyət hüququna dair şəhadətnamə olduğu halda etibarnaməsiz idarə edə bilərlər. 

Qanunvericiliyə görə, mülkiyyət hüququ haqqında şəhadətnaməni notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Yeri gəlmişkən, Konstitusiya Məhkəməsi Plenumu sözügedən Qərarında Milli Məclisə nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin avtomobili idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdə aradan qaldırılmasını tövsiyə edib. Lakin göründüyü kimi, ötən müddətdə qanunverciliyə bununla dəyişiklik olunmayıb. 

©Qafqazinfo

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

Azərbaycanlı sahibkar xanımlar “Women in Tech”də çıxış edib

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

“Azərişıq” Naxçıvanda 15 milyonluq tender elan edib

18.03.2026

Daha bir icra hakimiyyətində 54 nəfər işdən çıxarıldı

18.03.2026

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

18.03.2026

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri bu tarixlərdə işləməyəcək

18.03.2026

Onların maaşı qaldırılır - Nazir açıqladı

18.03.2026

"Binance" 8 kriptovalyutanı siyahıdan çıxarır - Tarix açıqlandı

18.03.2026

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları ®

18.03.2026

Nazir: Onlar imtahansız ali məktəblərə qəbul ediləcək

18.03.2026

10 məşhur şirkətin səhmləri 2026-cı ildə üstünlük təşkil edə bilər

18.03.2026

Məzənnə

Yüklənir...