Redaktor
"Dream Construction Company" MMC-nin adı "qara siyahı"da - Tenderə saxta sənəd təqdim edib
Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən "Dream Construction Company" MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Valyuta.Az xəbər verir ki, şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz.
"Dream Construction Company" MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dream Construction Company" MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavadov Cavid Elman oğludur.
"Dream Construction Company" MMC "Otaxlı" MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi 4 dəfə dəyişib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Dream Construction Company" MMC ötən il 13 tenderin qalibi seçilib. Ümumi satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 2 961 891,07 manat təşkil edən bu tenderlər aşağıdakı qurumlar tərəfindən keçirilib:
- Sumqayıt Şəhər İcra Hakimiyyəti – 3 tender
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi – 2 tender
- Bərdə Rayon İHB-nin Şəhər Nümayəndəliyi – 2 tender
- Bərdə Rayon İcra Hakimiyyəti -1 tender
- Ağdam Rayon İcra Hakimiyyəti – 3 tender
- Qubadlı Rayon İcra Hakimiyyəti – 1 tender
- Ağdam Rayon İHB-nin Quzanlı Ərazi Nümayəndəliyi – 1 tender.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib
05.03.2026Sərvət qazanmağın sadə, amma vacib 3 addımı
05.03.2026Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var
05.03.2026Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
05.03.2026"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
05.03.2026İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb
05.03.2026Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır
05.03.2026“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026