Dövlət Xidmətinin 172 əməkdaşı cəzalandırılıb

Redaktor

06.01.2026 11:15
111

Dövlət Xidmətinin 172 əməkdaşı cəzalandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) 2025-ci ildə 172 əməkdaşı cəzalandırılıb.

Bu barədə Valyuta.az-a SHÇDX-dən məlumat verilib.

Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2025-ci il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

Ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Qeyd olunub ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi "MyGov" platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

"Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və "MyGov" platformasına qoşulmaq üçün elektron kabinetin yaradılması tövsiyə olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir", - məlumatda qeyd olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-da hara səyahət etməli və Avropanın müxtəlif guşələrində hansı yeniliklər olacaq?

08.01.2026

Saxta mavi ekran tələsinə diqqət: Hər şeyinizi itirə bilərsiniz

08.01.2026

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadakı uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Məzənnə

Yüklənir...