Redaktor
Dövlət agentliyinin sabiq sədri həbs edildi - Beş milyonluq yeyinti
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərov xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, onunla bağlı Baş Prokurorluqda cinayət işi açılıb, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.
27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.
Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Dövlət büdcəsinə dəyən ziyanın 5 milyon manatdan çox olduğu bildirilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərŞəkər ixracı 2 milyon dollardan çox azalıb
19.02.2026Pişiyinə görə işə getmədi - İş yeri ona 40 min təzminat təyin etdi
19.02.2026Kristin Laqard istefa verəcək?
19.02.2026Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin ®
19.02.2026Pulu birjaya köçürmədən kriptoticarətdə saxlayan sistem yaradılıb
19.02.2026Dövlət agentliyinin sabiq sədri həbs edildi - Beş milyonluq yeyinti
19.02.2026Nazir beş nəfərə yüksək vəzifə verdi
19.02.2026AFFA 1 milyon maaşa milliyə əcnəbi məşqçi gətirir
19.02.2026"Apple"ın cəsur "iPhone" qərarı Çində sərvət gətirdi
19.02.2026
Hotellər əvvəlki kimi qazana bilmir - Qazanc mənbələri haradandır?
19.02.2026"Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq
19.02.2026Xaricə gedərkən özləri ilə üzərlik aparanlara xəbərdarlıq
19.02.2026"Canva"nın illik təkrarlanan gəliri 4 milyard dollara çatdı
19.02.2026Azərbaycan süni intellektə doğru irəliləyir - Təhlükəsizlik niyə sonradan düşünülməməlidir?
19.02.2026Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?
19.02.2026