Redaktor
Pişiyinə görə işə getmədi - İş yeri ona 40 min təzminat təyin etdi
Finlandiyada ictimaiyyətin diqqətini çəkən bir hadisə baş verib. Bir kişi ev heyvanı pişiyinin vəfatından sonra müvəqqəti iş qabiliyyətsizliyi (işdənkənar qalma) arayışı alıb. Hesabatlara görə, işəgötürən pişiyin ölümünə bağlı psixoloji vəziyyəti “etibarlı səbəb” kimi tanımadığı üçün məsələ məhkəməyə qədər gedib.
Bildirilir ki, pişik ciddi xəstəlikdən əziyyət çəkirdi və onun üçün humanitar üsulla son vermək (evtanaziya) lazım olub. Sahib iş yerinə xəstəlik arayışını təqdim etdikdən sonra tibbi açıqlama da verib. Lakin şirkət rəhbərliyi sənədləri qəbul etməyib və ona “ya işə qayıt, ya da istefa ver” deyə xəbərdarlıq edib.
Təzyiq altında kişi işə qayıts ada, sonradan “etibarlı səbəb olmadan işdə olmamaq” əsas gətirilərək işdən çıxarılıb. Bundan sonra o, Tampere şəhərindən olan rayon məhkəməsinə müraciət edib və hakimlər iddiaçının tərəfində qərar veriblər.
Nəticədə, şirkət keçmiş əməkdaşa 40 mindən çox avro ödəməli olub. Bu məbləğə kompensasiya, xəstəlik dövrü üçün ödəniş və məhkəmə xərcləri daxildir. Lakin məbləği həmin şəxs istifadə edə bilməyib. O, məhkəmə qərarı elan edilməmişdən əvvəl vəfat edib. Buna görə də məhkəmə 40 min avronu mirasın tərkibinə daxil edib.
Şəbnəm İbrahimxəlilova