"Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq

Redaktor

19.02.2026 14:51
62

"Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq

"Azerbaijan Coca-Cola Bottlers" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İsmayıllı rayonunda yerləşən zavodunda yoxlama aparılacaq.

Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yoxlama Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədovadır. Şirkət "Coca-Cola", "Fanta", "Bonaqua", "Sprite" brendi altında qazlı və qazsız içkilər istehsal edir. 

Onu da qeyd edək ki, son vaxtlar sözügedən içkilərin qiymətində də artım müşahidə olunur. Belə ki, içkinin 300 millisi 60 qəpikdən 0.70 manata, 1.5 litri 1.70 manatdan 1.80-a, 2 litrinin qiyməti isə 1.90-dan 2.30 manata yüksəlib.

Əvvəllər qiymət artımı ilə bağlı "Azerbaijan Coca-Cola Bottlers" MMC ictimaiyyətə məlumat verirdisə, son illər bu istiqamətdə heç bir addım atılmır. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...