"Youtube"un ilk videosu satın alındı

Redaktor

19.02.2026 11:40
76

"Youtube"un ilk videosu satın alındı

Londondakı "Victoria and Albert Museum" (V&A) "YouTube" platformasında yayımlanan ilk videonu və saytın ilkin dövrünə aid yenidən qurulmuş səhifəni kolleksiyasına daxil edib.

Valyuta.az xəbər verir ki,  söhbət 23 aprel 2005-ci ildə "YouTube"un həmtəsisçisi Caved Kərim tərəfindən platformaya yüklənən “Me at the zoo” adlı 19 saniyəlik videodan gedir. San-Dieqo zooparkında çəkilən və fillərdən bəhs edən video indiyədək 382 milyon dəfə izlənilib, 18 milyondan çox bəyənmə toplayıb.

V&A-nın rəqəmsal mühafizə komandası internetdə sənədləşdirilmiş ən qədim tarix göstəricisinə — 8 dekabr 2006-cı ilə əsaslanaraq platformanın erkən “watch” səhifəsinin dizayn və istifadəçi təcrübəsini yenidən bərpa edib. Layihə "YouTube"un istifadəçi təcrübəsi komandası və Londonda fəaliyyət göstərən "oio" interaktiv dizayn studiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

İlk "YouTube" işi V&A South Kensington-da yerləşən Design 1900-Now qalereyasında nümayiş olunur. Muzey nümayəndələrinin sözlərinə görə, bu təşəbbüs internet və rəqəmsal dizayn tarixində mühüm mərhələni əks etdirir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...