“Mesh” startapı 50 milyon dollarlıq investisiya alıb

Redaktor

19.02.2026 10:35
37

“Mesh” startapı 50 milyon dollarlıq investisiya alıb

ABŞ mərkəzli “Mesh” şirkəti 50 milyon dollar həcmində A seriyası investisiya raundunu uğurla başa çatdırıb. İnvestisiya turuna “Thrive Capital” liderlik edib. Raundda həmçinin “Also Capital” və “Banner VC” iştirak ediblər.

Valyuta.az xəbər verir ki, şirkətin açıqlamasına görə, cəlb edilən vəsait optik transiverlərin (optik qəbuledici-ötürücülərin) kütləvi istehsalına başlanması, istehsal gücünün gündə 1 000 ədədə çatdırılması və iri məlumat mərkəzi müştəriləri üçün təchizatın təmin edilməsi məqsədilə istifadə olunacaq.

“Mesh” 2025-ci ildə keçmiş “SpaceX” mühəndisləri Trevis Breşirs (Travis Breshears), Kemeron Ramos (Cameron Ramos) və Serena Qroun-Haeberli (Serena Grown-Haeberli) tərəfindən təsis edilib. Şirkət süni intellekt məlumat mərkəzləri üçün çox yüksək sürətli məlumat ötürülməsini təmin edən optik transiverlərin hazırlanması və istehsalını hədəfləyir. Bu qurğular fiber kabel və ya lazer vasitəsilə ötürülən işıq siqnallarını kompüterlərin anlaya biləcəyi elektrik siqnallarına çevirir. Nəticədə minlərlə GPU eyni vaxtda və sinxron şəkildə fəaliyyət göstərə bilir.

Xüsusilə böyük dil modelləri kimi yüksək hesablama gücü tələb edən süni intellekt sistemlərində GPU-lar arasında məlumat axınının sürətli və fasiləsiz olması həyati əhəmiyyət daşıyır. Bu baxımdan transiverlər məlumat mərkəzlərinin ən kritik komponentlərindən biri hesab olunur.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...