Redaktor
“3%-lə götürülən kredit, 12%-lə qazanca çevrilə bilər” - Bank eksperti
Kredit bu gün müasir maliyyə sisteminin ayrılmaz hissəsinə çevrilib. Gündəlik ehtiyacların qarşılanmasından tutmuş daha böyük planların reallaşdırılmasına qədər bir çox insan maliyyə alətlərindən istifadə edir və bu alətlər arasında kredit xüsusi yer tutur. Lakin borclanma imkan yaratmaqla yanaşı, eyni zamanda fərdi maliyyə davranışına, qərarvermə prosesinə və uzunmüddətli planlara da təsir edən amilə çevrilir.
Bəs kredit həqiqətən də maliyyə azadlığımızı əlimizdən alır?
Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a bildirir ki, maliyyə azadlığı, fəlsəfi kateqoriya sayılır. İnsanın passiv gəliri onun bütün xərclərini qarşılayır və o, istədiyi fəaliyyətlə məşğul ola bilir:
"Yəni, işləməyə və qazanc əldə etməyə məcbur olmur. Bunlar kapitalı olan, banka pul əmanət qoyan və oradan gələn faizlərlə dolanan, yaxud obyektləri olub icarəyə verən, həmçinin şirkətləri və səhmləri olan və oradan gəlir əldə edən insanlardır. Maliyyə azadlığı odur ki, insanın hər hansı bir fəaliyyətlə məşğul olmasına ehtiyac olmadan, əməkhaqqı dalınca qaçmadan gəliri olsun".

"Təbii ki, şəxs kreditlərə girmişsə, o, maliyyə cəhətdən azad ola bilməz. Belə insanlar borc almağa məhkum olurlar. Düzdür, bu bir halda mümkün ola bilər. Ola bilər ki, əmanət üzrə faiz dərəcəsi daha çoxdur, kredit üzrə isə azdır. Onda bu mümkün ola bilər. Misal üçün, şəxs Azərbaycanda əmanətlər üzrə illik təxminən 12% gəlir əldə etmək mümkündür, halbuki xaricdən cəlb olunan kreditin dəyəri təxminən 3% təşkil edə bilər. Bu halda şəxs 3%-lə götürdüyü vəsaiti ölkə daxilində daha yüksək gəlirliliklə yerləşdirərək aradakı faiz fərqindən qazanc əldə edir. Beləliklə, kredit onun üçün maliyyə yükü deyil, düzgün istifadə olunduqda əlavə gəlir yaradan bir alətə çevrilir"- deyə ekspert qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakı-Laçın reysi fəaliyyətə başlayır - Qiymət açıqlandı
19.02.2026Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı
19.02.2026Kapital Bank-ın sədrinə müavin təyin olundu
19.02.2026"Youtube"un ilk videosu satın alındı
19.02.2026Ləğv prosesində olan bankların avtomobilləri 1 500 manatdan satışa çıxarılır
19.02.2026Nazir sədr müavinini vəzifəsindən azad etdi - FOTO
19.02.2026Sabah pensiyalar artımla tam ödəniləcək
19.02.2026Dünyanın ilk “Beş Ulduz” kruiz gəmisi - İçində nələr var?
19.02.2026“Mesh” startapı 50 milyon dollarlıq investisiya alıb
19.02.2026Ağsu Rayon İcra Hakimiyyətində kütləvi ixtisar
19.02.2026Qızılın qiyməti yenidən 5 min dolları ötdü
19.02.2026Daha 4 ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək - RƏSMİ
19.02.2026
Vətəndaşlar depozitlərini ən az bu banklara yatırıb - CƏDVƏL
19.02.2026Azərbaycan nefti bahalaşdı
19.02.2026Meyvə-tərəvəzin kiloqramını xaricə 2,23 manata satmışıq
19.02.2026Metroda gecikmə: Qatarlar stansiyada qalıb
19.02.2026Türk lirəsi yenə ucuzlaşdı
19.02.2026