Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı

Redaktor

19.02.2026 12:08
79

Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “GESCO” ASC arasında müqavilə imzalanıb.

Valyuta.az xəbər verir ki, müqavilə 2026-cı il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satın alınmasını nəzərdə tutur.

Təklifin qiyməti 7 016 258,76 manat təşkil edir.

“GESCO” ASC 26 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 4 000 manatdır.

Qeyd edək ki, ASC-nin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...