Redaktor
Ləğv prosesində olan bankların avtomobilləri 1 500 manatdan satışa çıxarılır
4 mart tarixində “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bir sıra bankların balansında olan daşınmaz əmlaklar açıq hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, ləğvetmədə olan “Atabank” ASC-yə məxsus daşınmaz əmlak Şirvan şəhəri, Heydər Əliyev prospektində, icarədə olan 0,55 hektar torpaq sahəsində yerləşir.
Əmlak 6A nömrəli, 2 girişli, ümumi sahəsi 314,7 kvadratmetr (275,7 kvadratmetr əsas, 39 kvadratmetr köməkçi sahə) olan 2 mərtəbəli qeyri-yaşayış binasından ibarətdir. İlkin satış qiyməti 430 000 manat müəyyən edilib.
Həmin tarixdə “NBCBank” ASC-nin balansında olan daşınmaz əmlaklar da 1 lot üzrə açıq hərraca çıxarılacaq. Lot Bakı şəhəri, Azadlıq prospekti 81 ünvanında yerləşən ümumi sahəsi 263,0 kvadratmetr və 281,2 kvadratmetr olan iki qeyri-yaşayış sahəsidir. Birincisinin İikin satış qiyməti 500 000 manat, digərinin isə 2 300 000 manatdır. Eyni zamanda, “Günaybank” ASC-yə məxsus daşınmaz əmlak da açıq hərraca çıxarılacaq. Əmlak Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşən, ilkin satış qiyməti 800 000 manat təşkil edən qeyri-yaşayış sahəsidir. Ümumi sahəsi 270,60 kvadratmetrdir.
Eyni tarixdə Fondun ləğvetməsində olan digər iki bankın balansında olan avtomobillər də satışa çıxarılacaq. “Muğanbank” ASC-yə məxsus 1999-cu il buraxılışlı, qeyri-işlək vəziyyətdə olan “FORD TRANSIT” markalı minik avtomobili 3 000 manat ilkin qiymətlə təklif olunur. “Yunayted Kredit Bank” ASC-yə məxsus, 2005-ci il buraxılışlı və qeyri-işlək vəziyyətdə olan “QAZ 31105 120” markalı minik avtomobilinin isə ilkin satış qiyməti 1 500 manatdır.
Qeyd olunur ki, bütün lotlar üzrə iştirak etmək istəyən şəxslər tərəfindən satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən böyük media brend markaları
19.02.2026"Ethereum"un qurucusu kriptovalyutada qumar dövrünə müharibə elan etdi
19.02.2026"Gemini" ilə artıq musiqi yarada biləcəyik - VİDEO
19.02.2026Sabahın hava proqnozu
19.02.2026İnvestorlardan rədd cavabı aldı, illik gəliri 100 milyon dolları aşan startapa çevrildi
19.02.2026Bakı-Laçın reysi fəaliyyətə başlayır - Qiymət açıqlandı
19.02.2026Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı
19.02.2026Kapital Bank-ın sədrinə müavin təyin olundu
19.02.2026"Youtube"un ilk videosu satın alındı
19.02.2026Ləğv prosesində olan bankların avtomobilləri 1 500 manatdan satışa çıxarılır
19.02.2026Nazir sədr müavinini vəzifəsindən azad etdi - FOTO
19.02.2026Sabah pensiyalar artımla tam ödəniləcək
19.02.2026Dünyanın ilk “Beş Ulduz” kruiz gəmisi - İçində nələr var?
19.02.2026“Mesh” startapı 50 milyon dollarlıq investisiya alıb
19.02.2026Ağsu Rayon İcra Hakimiyyətində kütləvi ixtisar
19.02.2026Qızılın qiyməti yenidən 5 min dolları ötdü
19.02.2026Daha 4 ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək - RƏSMİ
19.02.2026