Redaktor
"Ethereum"un qurucusu kriptovalyutada qumar dövrünə müharibə elan etdi
Mərc bazarları indiyədək hərbi əməliyyatlardan tutmuş raket partlayışlarına qədər bir çox ekstremal ssenarini mövzu etməkdən çəkinməyib. Lakin “Ethereum”un qurucusu Vitalik Buterin üçün son hədd prosesin tamamilə qısamüddətli qiymət mərclərinə yönəlməsi olub. Buterin bəzi platformaların izlədiyi yolu sağlam hesab etmədiyini bildirərək icmanı xəbərdar edib.
Valyuta.az xəbər verir ki, Buterinin fikrincə, kriptovalyutaların beş dəqiqəlik interval üzrə qiymət dəyişiminə mərc etmək cəmiyyət üçün faydalı məlumat yaratmaqdan çox, yalnız ani dopamin təsiri yaradır. O iddia edir ki, xüsusilə bazarın durğun olduğu dövrlərdə platformalar qazanc əldə etmək üçün çarəsiz insanları bu dövrəyə cəlb edir.
Buterin bu vəziyyəti “corposlop” adlandırdığı anlayışla izah edir. Bu termin şirkətin zahirən peşəkar və nüfuzlu görünsə də, daxildə yalnız mənfəəti maksimuma çatdırmaq üçün etik olmayan üsullara əl atmasını ifadə edir.
Platformaların təcrübəsiz investorların arxasınca getməsinin təhlükəli motivasiyaya çevrildiyini vurğulayan Buterin, uduzanlar üzərindən qurulan sistemin davamlı olmadığını düşünür. Onun sözlərinə görə, bu vəziyyət platformaları daha çox yanlış məlumat yayan və məntiqsiz qərarlar verən kütlələri cəlb etməyə sövq edən qapalı və zərərli dövrə yaradıb.
“Ethereum”un qurucusunun əsas hədəfi isə daha dərindir: kripto dünyasının dollardan asılılığını aradan qaldırmaq. Sabitkoinlərin əksəriyyətinin dollara indekslənməsinin real mərkəzsizləşmə yaratmadığını bildirən Buterin, proqnoz bazarlarını bu asılılığı aradan qaldıra biləcək alternativ kimi qiymətləndirir. Onun fikrincə, belə bir sistem tətbiq edilərsə, həm iri kapital sahibləri, həm də fərdi istifadəçilər üçün uzunmüddətli perspektivdə daha dayanıqlı və qənaətbəxş struktur formalaşa bilər.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Hotellər əvvəlki kimi qazana bilmir - Qazanc mənbələri haradandır?
19.02.2026"Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq
19.02.2026Xaricə gedərkən özləri ilə üzərlik aparanlara xəbərdarlıq
19.02.2026"Canva"nın illik təkrarlanan gəliri 4 milyard dollara çatdı
19.02.2026Azərbaycan süni intellektə doğru irəliləyir - Təhlükəsizlik niyə sonradan düşünülməməlidir?
19.02.2026Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?
19.02.2026