Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Redaktor

19.02.2026 14:13
37

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

Bakı metrosundan ödənişsiz istifadə etmək hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları müvafiq qanunvericilik aktları ilə müəyyən edilib.

Bu barədə "Bakı metropoliteni" QSC-dən bildirilib.

Məlumata görə, həmin qanunvericilik aktları və metrodan ödənişsiz istifadə edə bilən sərnişin kateqoriyaları bunlardır:

"7 yaşına qədər uşaqlar - Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;

Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər", - məlumatda bildirilib.

©Apa

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Apple"ın cəsur "iPhone" qərarı Çində sərvət gətirdi

19.02.2026
Hotellər əvvəlki kimi qazana bilmir - Qazanc mənbələri haradandır?

Hotellər əvvəlki kimi qazana bilmir - Qazanc mənbələri haradandır?

19.02.2026

"Coca-Cola"nın Azərbaycandakı zavodunda yoxlama olacaq

19.02.2026

Xaricə gedərkən özləri ilə üzərlik aparanlara xəbərdarlıq

19.02.2026

"Canva"nın illik təkrarlanan gəliri 4 milyard dollara çatdı

19.02.2026

Azərbaycan süni intellektə doğru irəliləyir - Təhlükəsizlik niyə sonradan düşünülməməlidir?

19.02.2026

Bakı metrosundan kimlər ödənişsiz istifadə edə bilər?

19.02.2026
Tələbəlikdə necə işləyək ki, sonra ixtisasımız üzrə iş tapaq?

Tələbəlikdə necə işləyək ki, sonra ixtisasımız üzrə iş tapaq?

19.02.2026

Dünyanın ən böyük media brend markaları

19.02.2026

"Ethereum"un qurucusu kriptovalyutada qumar dövrünə müharibə elan etdi

19.02.2026

"Gemini" ilə artıq musiqi yarada biləcəyik - VİDEO

19.02.2026

Sabahın hava proqnozu

19.02.2026

İnvestorlardan rədd cavabı aldı, illik gəliri 100 milyon dolları aşan startapa çevrildi

19.02.2026

Bakı-Laçın reysi fəaliyyətə başlayır - Qiymət açıqlandı

19.02.2026

Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı

19.02.2026

Kapital Bank-ın sədrinə müavin təyin olundu

19.02.2026

"Youtube"un ilk videosu satın alındı

19.02.2026

Ləğv prosesində olan bankların avtomobilləri 1 500 manatdan satışa çıxarılır

19.02.2026

Nazir sədr müavinini vəzifəsindən azad etdi - FOTO

19.02.2026

Sabah pensiyalar artımla tam ödəniləcək

19.02.2026

Məzənnə

Yüklənir...