"Apple"ın cəsur "iPhone" qərarı Çində sərvət gətirdi

Redaktor

19.02.2026 15:27
25

"Apple"ın cəsur "iPhone" qərarı Çində sərvət gətirdi

"Apple" 2025-ci ilin son rübündə texnologiya dünyasının gözləntilərini aşan maliyyə nəticələri açıqlayıb. 

Valyuta.az xəbər verir ki, şirkətin gəlir rekordlarını sındırmasına səbəb olan əsas amil yeni "iPhone 17" seriyasına olan güclü maraq olub. Xüsusilə Çin bazarında yaşanan tələbat partlaması, "Apple"ın gəlirlərini əvvəllər görülməmiş səviyyələrə çatdırıb.

Maraqlı olan isə qərb istehlakçılarının lansman zamanı sərt tənqid etdiyi “Kosmik narıncı” rəng seçiminin Asiyada uğurun açarı olmasıdır. Qərbdə çox iddialı hesab olunan bu canlı rəng Çin bazarında bir anda lüks və statusun yeni simvoluna çevrilib.

Dekabrda başa çatan rübün maliyyə göstəricilərinə görə, "Apple" 143,75 milyard dollarlıq ümumi gəlirinin 85 milyard dollardan çoxunu yalnız telefon satışlarından əldə edib. Bu rəqəmlər, ötən ilə nisbətən "iPhone" gəlirlərində 23% artım deməkdir. Çin bazarındakı artım isə daha diqqətçəkici olub: regiondakı gəlirlər bir ildə 18,5 milyard dollardan 25,5 milyard dollara yüksəlmiş, 38% artım göstərmişdir. "Apple" baş direktoru Tim Kuk yeni seriyanın indiyə qədər ən populyar modellər olduğunu vurğulayaraq tələbin gücünü qeyd edib.

Əvvəlcə reaksiyalarla qarşılanan rəngin belə populyar olmasının arxasında həm mədəni, həm də psixoloji səbəblər durur. Çində sosial media istifadəçiləri, bu yeni narıncı tonunu dünyaca məşhur lüks moda brendlərinin rəng paleti ilə əlaqələndirib. Bu, cihazın yalnız texnoloji məhsul deyil, “lüks aksessuar” kimi qəbul edilməsinə səbəb olub. Həmçinin, bölgə mədəniyyətində turuncu rəng uğur və şansla əlaqələndirildiyindən, alıcıları bu modelə yönləndirib. Bir çox istifadəçi üçün bu rəng, kütlələr arasında seçilməyi təmin edən bir güc göstəricisi olub.

Satışları hər şey yalnız rəng seçimi ilə bağlı deyil. "iPhone 17" seriyası aparat baxımından da önəmli performans artımı təqdim edib. Pro modellərindəki yeni A20 Pro prosessor, inkişaf etdirilmiş kamera sistemi və istilik problemlərini aradan qaldıran yeni soyutma texnologiyası, peşəkar istifadəçilərin etibarını qazanıb. Hətta standart modellər belə xüsusiyyətlər baxımından yüksək seqment cihazlara yaxınlaşdığından, klassik rəng seçimlərinə baxmayaraq stoklar sürətlə tükənib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...