Redaktor
Daha 4 ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək - RƏSMİ
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin və Bəhreyn Krallığının ümumvətəndaş pasportlarına malik olan vətəndaşlarının 2026-cı ilin 15 fevral tarixindən 2027-ci ilin 15 fevral tarixinədək Azərbaycan Respublikasının ərazisinə daxil olması üçün viza tələbi ləğv edilib.
Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni qaydaların qüvvədə olduğu dövr ərzində müvafiq ölkə vətəndaşları Azərbaycan Respublikasına üç dəfə vizasız gələ və hər girişdə 30 günədək qala bilərlər. Ölkə ərazisinə turizmdən fərqli məqsədlər ilə gəlmək və ya burada uzunmüddət qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.
Həmçinin Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, Küveyt Dövlətinin, Bəhreyn Krallığının və Qətər Dövlətinin aidiyyəti dövlət qurumları tərəfindən rəsmiləşdirilmiş etibarlıq müddəti ən azı 6 ay olan müvəqqəti və ya daimi yaşayış icazələrinə malik üçüncü ölkə vətəndaşları üçün müvafiq müddət çərçivəsində bir girişli 30 günlük turizm məqsədli vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əldə edilməsi imkanı yaradılıb.
Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Həmçinin qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən böyük media brend markaları
19.02.2026"Ethereum"un qurucusu kriptovalyutada qumar dövrünə müharibə elan etdi
19.02.2026"Gemini" ilə artıq musiqi yarada biləcəyik - VİDEO
19.02.2026Sabahın hava proqnozu
19.02.2026İnvestorlardan rədd cavabı aldı, illik gəliri 100 milyon dolları aşan startapa çevrildi
19.02.2026Bakı-Laçın reysi fəaliyyətə başlayır - Qiymət açıqlandı
19.02.2026Təhsil Nazirliyi “GESCO” ilə 7 milyonluq müqavilə imzaladı
19.02.2026Kapital Bank-ın sədrinə müavin təyin olundu
19.02.2026"Youtube"un ilk videosu satın alındı
19.02.2026Ləğv prosesində olan bankların avtomobilləri 1 500 manatdan satışa çıxarılır
19.02.2026Nazir sədr müavinini vəzifəsindən azad etdi - FOTO
19.02.2026Sabah pensiyalar artımla tam ödəniləcək
19.02.2026Dünyanın ilk “Beş Ulduz” kruiz gəmisi - İçində nələr var?
19.02.2026“Mesh” startapı 50 milyon dollarlıq investisiya alıb
19.02.2026Ağsu Rayon İcra Hakimiyyətində kütləvi ixtisar
19.02.2026Qızılın qiyməti yenidən 5 min dolları ötdü
19.02.2026Daha 4 ölkənin vətəndaşları Azərbaycana vizasız gələ biləcək - RƏSMİ
19.02.2026