Redaktor
Cənubi Koreya sərnişin təyyarələrini quşlardan qorumağın həllini tapdı
Cənubi Koreya sərnişin təyyarələrinin quşlarla toqquşmasının qarşısını almaqdan ötrü tədbirlər görəcək.
"Boeing 737" təyyarəsinin Cənubi Koreyanın Muan hava limanında quşlarla toqquşaraq qəzaya uğramasından sonra belə bir qərar alınıb.
Cənubi Koreyanın Ərazi, İnfrastruktur və Nəqliyyat Nazirliyi bu məqsədlə ölkə ərazisindəki bütün 15 hava limanında termal görüntüləmə kameraları və radar sistemləri quracaq. Hazırda ölkədə yalnız üç aeroportda bu cür kameralar və sistemlər mövcuddur.
Həmçinin "Incheon" və "Jeyu" hava limanlarında quşları qorxutmaq üçün səs və ultrasəs dalğalar yayan cihazların istifadəsi genişləndiriləcək. Təyyarələrə erkən xəbərdarlıq etmək üçün bütün aeroportlarda quş aşkarlayan radarlar quraşdırılacaq. Hava limanlarında quşlarla toqquşmaların qarşısının alınması üçün ayrılan şəxsi heyətin sayı artırılacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 29-da Banqkokdan uçan "Jeju Air" aviaşirkətinin "Boeing 737" təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğraması nəticəsində 179 nəfər həlak olub. Eniş zamanı layner uçuş-eniş zolağından kənara çıxıb və beton hasara çırpılıb, daha sonra partlayıb. Hava gəmisi demək olar ki, tamamilə məhv olub. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində şassi sisteminin sıradan çıxması göstərilib.
©oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Çirkin" adlandırılan "Crocs" necə trendə çevrildi? - SƏHƏR OXUSU
01.04.20262024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı
31.03.20264 Uorren Baffetin ən böyük xərcləməsi
31.03.2026Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer aldı
31.03.2026"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO
31.03.2026Dəmirin gücü litiuma qarşı: Dünyanın ən böyük "paslı batareya" layihəsi gəlir
31.03.2026Süni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür
31.03.2026Ultra varlılara məxsus 6 lüks avtomobil
31.03.2026Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026