2024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı

Redaktor

31.03.2026 22:14
28

2024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı

ABŞ, İsrail və İran arasında davam edən münaqişə xammal bazarlarına, xüsusilə də əlvan metalların qiymətinə təsir göstərib.

Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, Londonda alüminiumun qiyməti ton üçün 3500 dollar səviyyəsinə yaxınlaşıb. Beləliklə, metalın aylıq bahalaşması 10% təşkil edib ki, bu da 2024-cü ilin aprelindən bəri ən yüksək göstəricidir.

Məlumata görə, Fars körfəzində dünya alüminium istehsalının təxminən 10%-i yerləşir. Hörmüz boğazının bağlanması səbəbindən ixrac çətinləşib. Bundan əlavə, İran dronları və raketləri “Aluminium Bahrain BSC” və “Emirates Global Aluminium PJSC” şirkətlərinə məxsus zavodlara zərbələr endirib.

Sənaye üzrə analitik Bernard Dadaha (Natixis SA) bildirib ki, EGA-nın Əl-Taviladakı zavodu (illik 1,6 milyon ton gücündə) uzunmüddətli perspektivdə ciddi zərər görmüş hesab oluna bilər. Onun sözlərinə görə, bu vəziyyət bazarı 200 min ton profisitdən təxminən 1,3 milyon ton defisitə keçirə bilər. Əgər Bəhreyndəki zavod da zərər görsə, qıtlıq daha da dərinləşə bilər.

Kiyev vaxtı ilə saat 04:44-də Londonda alüminium üzrə üç aylıq fyuçerslər 1,8% bahalaşaraq ton üçün 3461,50 dollara çatıb. Bu da 1 kiloqram metalın 3,46 dollara başa gəlməsi deməkdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2024-cü ildən bəri ilk dəfə: Bu metalın qiyməti kəskin artdı

31.03.2026

4 Uorren Baffetin ən böyük xərcləməsi

31.03.2026

Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer aldı

31.03.2026

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında QALMAQAL - VİDEO

31.03.2026

Dəmirin gücü litiuma qarşı: Dünyanın ən böyük "paslı batareya" layihəsi gəlir

31.03.2026

Süni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür

31.03.2026

Ultra varlılara məxsus 6 lüks avtomobil

31.03.2026

Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu

31.03.2026

Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?

31.03.2026

Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq

31.03.2026

Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?

31.03.2026

Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO

31.03.2026

Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA

31.03.2026

Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər

31.03.2026

Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA

31.03.2026

"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi

31.03.2026

Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib

31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?

Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?

31.03.2026

Sabahdan bunu edənlər cərimələnəcək

31.03.2026

Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi

31.03.2026

Məzənnə

Yüklənir...