BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Redaktor

22.05.2025 23:42
411

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Çin avtomobil istehsalçısı BYD Avropa bazarında ilk dəfə "Tesla"nı ötərək daha çox elektromobil satıb. Bu hadisə BYD-nin beynəlxalq bazarlara çıxış səylərində əlamətdar dönüş nöqtəsi kimi qiymətləndirilir.

Valyuta.az "Financial Times"a istinadən xəbər verir ki, aprel ayında BYD Avropada 7 231 tam elektrikli avtomobil qeydiyyatdan keçirib, bu rəqəm "Tesla" üçün 7 165 olub.

"Bu, Avropa avtomobil bazarında dönüş nöqtəsidir. Xüsusilə nəzərə alsaq ki, "Tesla" illərdir burada elektrikli avtomobil bazarına rəhbərlik edirdi, BYD isə Norveç və Niderlanddan kənarda fəaliyyətə yalnız 2022-ci ilin sonunda başlamışdı", deyə avtomobil bazarını təhlil edən "Jato Dynamics" şirkətindən analitik Felipe Munyos bildirib.

"Tesla"nın Avropadakı satışları azalmağa davam edir, baxmayaraq ki, şirkət bu yaxınlarda "Model Y" modelini yeniləyib. Bu geriləmə Avropada "Renault", "Stellantis" və digər markaların daha münasib qiymətə yeni elektrik modelləri təqdim etməsi fonunda baş verir. Bu modellər Aİ-nin sərtləşdirilmiş emissiya qaydalarına uyğunluq məqsədi daşıyır.

Qlobal səviyyədə BYD artıq "Tesla"nı ötərək dünyanın ən böyük elektrikli avtomobil istehsalçısına çevrilib. Bu, əsasən Çindəki yüksək daxili tələbat hesabına baş verib. Lakin Avropada BYD hələ yenidir və onun sürətli irəliləyişi Qərb avtomobil istehsalçıları arasında narahatlıq yaradıb.

BYD və digər Çin şirkətləri Avropada model çeşidlərini genişləndirərək, xüsusilə hibrit modellərlə satışlarını artırıblar. Bu modellər Avropa İttifaqının yüksək gömrük tariflərinə məruz qalmır.

"Jato"nun məlumatına görə, aprel ayında Çin avtomobil istehsalçılarının Avropada istehsal etdiyi elektrik avtomobillərinin qeydiyyatı ötən illə müqayisədə 59% artaraq 15 300-ə çatıb. Hibrit avtomobil satışları isə təxminən 8 dəfə artaraq 9 649 ədədə yüksəlib.

"Tesla"nın satışlarına təsir edən tək amil bazar rəqabəti deyil. Şirkətin rəhbəri İlon Mask Avropada açıq şəkildə sağçı siyasi qüvvələri dəstəkləyib. Bu səbəbdən İspaniya baş naziri Pedro Sançes Maskı və onun tərəfdarlarını Avropa institutlarına hücumda, nifrət yaymaqda və insanları neonasistləri dəstəkləməyə çağırmaqda ittiham edib.

Bundan əlavə, məşhur musiqiçi Nil Yanq "Let’s Roll Again" adlı mahnısında Maskın fəaliyyətini sərt tənqid edərək onu faşist ideologiyası ilə müqayisə edib.

Bütün bu amillər "Tesla"nın nüfuzuna mənfi təsir göstərib və potensial alıcıların sayının azalmasına səbəb olub – xüsusilə də ABŞ-da.

Mənbə: Qaynarinfo.az

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Karyera şəbəkəsindəki "ruhlar": "LinkedIn" profilləri necə casusluq vasitəsinə çevrildi?

23.01.2026

"Nvidia" Al səbəbindən "GeForce RTX 50" videokartlarının istehsalını dayandırır

23.01.2026

“Amazon” 15 minə yaxın işçini ixtisar edir

23.01.2026

“Game Actor” 400 min dollar investisiya alıb

23.01.2026

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

23.01.2026

“Ekol Mühəndislik Xidmətləri" nəqliyyat vasitələrini satışa çıxarır

23.01.2026

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Məzənnə

Yüklənir...