Redaktor
Bu hallarda işdən çıxarıla bilərsiniz
Azərbaycan qanunvericiliyində işçilərin əmək müqaviləsinə şirkət tərəfindən hansı hallarda xitam verilə biləcəyi müəyyənləşib.
Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər:
müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda;
sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi
alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozması;
iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi;
“Fərdi məlumatlar haqqında” Qanuna əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
Yuxarıda sadalanan hallarda da əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.(Trend.az)
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026