Redaktor
2 dəqiqə ərzində yuxuya getmək üçün “Hərbi yuxu metodu”
ABŞ Donanması tərəfindən pilotların tez yuxuya getməsinə kömək etmək üçün hazırlanmış “Hərbi yuxu metodu” insanların daha qısa müddətdə yuxuya getməsinə kömək edə bilər.
Valyuta.az xəbər verir ki, araşdırmalara görə, yuxu çatışmazlığı məhsuldarlığı ciddi şəkildə azaldır. 2018-ci ildə aparılan tədqiqat göstərib ki, gecə 5–6 saat yatan insanlar 7–8 saat yatanlara nisbətən 19% daha az məhsuldar olur. 5 saatdan az yuxu isə məhsuldarlığı təxminən 30% aşağı salır. Bundan başqa, az yuxu diqqəti və problem həll etmə qabiliyyətini zəiflədir.
2012-ci ildə nəşr olunan “Relax and Win: Championship Performance” kitabında qeyd olunur ki, bu metod altı həftə tətbiq edildikdən sonra pilotların 96%-i iki dəqiqədən az vaxtda yuxuya gedə bilib.
Metodun əsas addımları üz əzələlərini tam rahatlaşdırmaq, çiyinləri və qolları boşaltmaq, dərin nəfəs alaraq sinəni rahatlaşdırmaq və həmçinin zehni sakitləşdirərək rahat bir səhnə təsəvvür etmək üçün yararlıdır.
Mütəxəssislərin fikrincə, bu üsulu mütəmadi tətbiq etmək bədənin daha tez rahatlaşmasına və yuxuya getməyə kömək edə bilər.
Nuranə Mübariz