Redaktor
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
İnsanlar pullarını qorumaq və artırmaq üçün tez-tez banklara üz tuturlar. Bir çox insan düşünür ki, banka əmanət qoymaq həm təhlükəsizdir, həm də müəyyən gəlir əldə etməyə kömək edir. Banklar isə müştərilərə faiz vəd edərək onları əmanət qoymağa təşviq edir. Lakin bu vəziyyətdə maraqlı bir sual yaranır: əmanət qoyulanda əslində kim daha çox qazanır – müştəri, yoxsa bank?
“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirir ki, banka qoyulan əmanətlər üzrə müştəri konkret olaraq faiz gəlirləri əldə edir:
“Hazırda Azərbaycanda manatda 12%-ə qədər olan əmanətlər qorunan əmanətlər hesab olunur. Bir şəxs əmanətin tam sığortalı olması üçün 100.000 manata qədər vəsait yerləşdirə bilər. Xarici valyutada olan əmanətlər üzrə isə bu göstərici daha aşağıdır. Manatda qoyulan əmanətlərə banklar maksimum 12% faiz dərəcəsi ilə gəlir təqdim edirlər. Banklar həmin vəsaitləri müxtəlif məqsədlərlə yerləşdirə bilirlər. Daha çox vəsait kredit şəklində yerləşdirilir. Azərbaycanda kreditlər üzrə faiz dərəcələri isə müxtəlifdir: biznes kreditləri üzrə faizlər daha aşağı, istehlak kreditləri üzrə daha yüksək, plastik kartlar üzrə isə daha çox olur. Ən aşağı faizlər adi istehlak kreditlərində təxminən 15–16%-dən başlayır və 25–26%-ə qədər yüksələ bilir. Plastik kartlar üzrə faizlər isə təxminən 30%-ə qədər çatır”.
“Bu səbəbdən, banklar müştərilərdən bir qədər daha çox qazana bilirlər. Orta faiz dərəcələri ilə müqayisə etdikdə, bu prosesdə bankların gəliri nisbətən daha yüksək olur. Banklar vəsaitləri yalnız kredit kimi yerləşdirmirlər. Onlar bu vəsaiti bölüşdürürlər: bir hissəsini kreditlərə yönəldirlər, bir hissəsini investisiya məqsədilə istifadə edə bilərlər, həmçinin xarici valyuta mübadilə əməliyyatları və digər yatırımlar üçün istifadə edə bilərlər. Bu istiqamətlər üzrə gəlirlilik bəzən kredit faiz dərəcələrindən də yüksək ola bilir. Bu isə bankdan banka dəyişir. Öz vəsaitlərini daha sürətli və daha gəlirli sahələrə yerləşdirə bilən banklar daha çox gəlir əldə edirlər. Digər tərəfdən, hansısa bankın ümumi siyasətindən və aktivləri yerləşdirmə qabiliyyətindən asılı olaraq daha az gəlir əldə etməsi də mümkündür” - deyə ekspert vurğulayır.

Xəyal Məmmədli qeyd edir ki, müştərilərin əmanətlər üzrə əldə etdikləri gəlir isə daha sabitdir və sığortalıdır:
“Çünki burada dövlət sığortası mövcuddur. Banklar yerləşdirdikləri vəsaitləri bəzən girovlu aktivlər şəklində verirlər ki, bu daha təhlükəsiz hesab olunur. Bəzən isə adi istehlak kreditləri kimi təqdim edilir. Bu hallarda sərt girov olmur. Ya zamin tələb olunur, ya da kredit zaminsiz verilir. Belə kreditlərin geri qayıtmama ehtimalı mövcuddur. Buna görə banklar ehtiyatlar yaradırlar ki, bu da onlar üçün əlavə xərc deməkdir. Digər tərəfdən, banklar müştərilərdən cəlb etdikləri vəsaitlərin hamısını kredit kimi yerləşdirə bilmirlər. Çünki Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyat normaları mövcuddur. Bu normalara uyğun olaraq vəsaitin müəyyən hissəsi kreditə yönəldilə bilmir. Bütün bu amillər bankların gəlirliliyinə təsir göstərir. Nəticə etibarilə bəzən banklar daha çox gəlir əldə edə bilir, bəzən isə daha az gəlir əldə edirlər. Ümumilikdə isə demək olar ki, banklar nisbətən daha çox qazanc əldə edirlər”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPrezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL
10.03.2026Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq
10.03.2026Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi
10.03.2026“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər
10.03.2026Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
10.03.2026