Bank kreditini erkən bağlayan iş adamından 2% komissiya tələb edə bilər?

Redaktor

08.05.2026 10:10
339

Bank kreditini erkən bağlayan iş adamından 2% komissiya tələb edə bilər?

Vətəndaş bankdan 20 000 manat biznes krediti götürüb. Daha sonra başqa bank tərəfindən daha sərfəli şərtlərlə kreditin bağlanaraq həmin banka keçirilməsi təklif olunub və bu təklifi qəbul edib. Hesablamalara əsasən, kreditin digər banka daşınması nəticəsində təxminən 400-500 manat qənaət etməli idi. Lakin 20 000 manat biznes kreditini götürdüyü bank krediti vaxtından əvvəl bağlamaq üçün əldə olunan məbləğin 2%-i həcmində əlavə ödəniş tələb edib. Vətəndaş isə kreditdən istifadə etdiyi müddət üzrə bütün faiz borcunu və əsas məbləği tam şəkildə ödəyib. Buna baxmayaraq, bank şəxsin adına əlavə olaraq 400 manat borc saxlayıb və həmin məbləğin ödənilməsini tələb edir.

Sual yaranır ki, bankın biznes kreditinin vaxtından əvvəl bağlanmasına görə 2% komissiya tələb etməsinin hüquqi əsası varmı? Müştəri əsas borcu və istifadə müddəti üzrə faizləri tam ödədiyi halda, əlavə belə bir ödənişin tələb olunması qanunvericiliyə uyğundurmu?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, biznes krediti müqaviləsində borcalanın krediti vaxtından əvvəl bağlaması halında əlavə ödəniş etməsi ilə bağlı şərt nəzərdə tutula bilər:

"Əgər bu hal müqavilədə açıq şəkildə göstərilibsə, həmin şərt qanuni hesab olunur. Bunun səbəbi ondan ibarətdir ki, banklar biznes kreditlərinin təhlilinə istehlak kreditləri ilə müqayisədə daha çox vaxt və resurs sərf edirlər. Bank krediti təqdim edərkən müəyyən faiz gəliri əldə etməyi planlaşdırır. Müştəri krediti vaxtından əvvəl bağladıqda isə bankın gözlədiyi gəlir və planlaşdırması dəyişir. Bundan sonra bank yenidən biznes müştərisi axtarmalı olur. Məhz buna görə müqavilələrdə belə şərtlər yer ala bilir".

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə istehlak krediti üzrə isə belə bir şərt qoyula bilməz:

"Yəni vətəndaş krediti vaxtından əvvəl bağlayırsa, buna görə əlavə ödəniş etməməlidir. Burada söhbət fiziki şəxsin istehlak məqsədilə götürdüyü kreditdən gedir. Sual yarana bilər ki, istehlak kreditində də bank müəyyən gəlir itkisi ilə qarşılaşır. Bu doğrudur. Lakin istehlak kreditlərinin verilməsi prosesi daha sadə və sürətlidir. Eyni zamanda qanunvericilik istehlakçını, yəni adi vətəndaşı daha çox müdafiə edir. Buna görə də istehlak kreditlərində belə əlavə ödənişlərin tətbiqinə yol verilmir".

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərişıq" 5,54 milyon manatlıq tender elan edib

28.07.2026

"Apple"ın qərarından sonra məşhur batareya istehsalçısı iflas həddinə çatdı

28.07.2026

Dünyanın ən ağıllı süni intellekt modelləri – 2026-cı ilin reytinqi

28.07.2026

Qlobal iqtisadiyyata hökumətlərdən çox təsir edən şirkətlər

28.07.2026

"Fed"in sentyabr qorxusu: Bazarlar qərardan çox səs bölgüsünə diqqət yetirəcək

28.07.2026

HSBC Sinqapurda qlobal süni intellekt mərkəzi yaradacaq

28.07.2026

"PayPal" ikinci rübdə gözləntiləri üstələdi, illik mənfəət proqnozunu artırdı

28.07.2026

"Əhvalın yoxdursa, işə gəlmə" - Rəhbər işçilərinə "bədbəxtlik məzuniyyəti" verdi

28.07.2026

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

Məzənnə

Yüklənir...