Bakının dərdinə məlhəm olacaq layihələr

Redaktor

02.02.2025 19:00
538

Bakının dərdinə məlhəm olacaq layihələr

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Sənəddə paytaxtın nəqliyyatla bağlı problemlərinin həllinə kompleks baxış əksini tapır. 

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Məsələnin aktuallığı və yeni proqramın miqyasının böyüklüyü nəzərə alınaraq, Prezident İlham Əliyevin yanında məhz bu məsələlərə həsr olunan müşavirə də keçirilib. Dövlət başçısı bildirib ki, Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına ehtiyac var. Onun sözlərinə görə, son illər ərzində bu istiqamətdə bir çox işlər görülməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur, onların sayı ildən-ilə artır. 

Bəs yeni dövlət proqramında nələr nəzərdə tutulur?   

Qarşıya üç əsas məqsəd qoyulub

Yeni proqram tamamilə vətəndaşa yönəlikdir. Burada qarşıya üç əsas məqsəd qoyulub: daha sürətli, daha təhlükəsiz, daha ekoloji mobillik imkanlarının yaradılması. Bu məqsədlərə nail olunması üçün alt məqsədlər də müəyyənləşdirilib. Söhbət ictimai nəqliyyatdan istifadənin genişləndirilməsindən, əlavə və yeni mobillik imkanlarının yaradılmasından, piyadaların hərəkətinin, eləcə də mikromobilliyin genişləndirilməsindən gedir. Eyni zamanda, sərnişin təcrübəsinin tamamilə rəqəmsallaşdırılması və bəzi sistemli dəyişikliklərin də həyata keçirilməsi nəzərdə tutulub. 

Avtobusların sayı 2 800-ə çatdırılacaq

Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün Bakıda avtobusların sayının 2 160-dan 2 800-ə çatdırılması planlaşdırılır. Bakıda sərnişindaşımanı yaxşılaşdırmaq üçün elektrik mühərrikli minədək avtobus alınacaq. Piyada hərəkətinin təşviq edilməsi üçün səki infrastrukturu ilə bağlı beynəlxalq standartlara uyğun bir pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda ay ərzində Bakı şəhərində velosiped və skuterlərlə 200 min səfər həyata keçirilir. Bu səfərlərin sayının iki milyon yarıma çatdırılması da hədəflər sırasındadır.

Dəmir yolu infrastrukturuna gəldikdə isə, Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2-Maştağa-Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir. Növbəti mərhələdə Yeni Suraxanıdan Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

Mehdiabad və “Sea Breeze” istiqamətində tramvay xətlərinin tətbiq olunması da planda yer alıb. 

Dəyişkən iş qrafiki tətbiq olunacaq

Diqqət çəkən məqamlardan biri də təhsil müəssisələri ilə bağlı yeniliklərdir. Bakıda təhsil müəssisələrinin nəqliyyat sıxlığına təsiri qiymətləndiriləcək, Tədbirlər Planı hazırlanacaq. Bunun əsasında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə də 2030-cu ilə kimi təmin olunmalıdır. 

10 yeni stansiya tikiləcək

Bundan əlavə, 10 yeni metro stansiyasının tikilməsi də planlaşdırılır. “Bənövşəyi xətt”in uzadılması “Avtovağzal” və “Xocasən” stansiyalarının istifadəsini genişləndirəcək ki, bu da “20 Yanvar” dairəsinə təzyiqi ciddi şəkildə azaldacaq. Bu layihələrin icrası nəticəsində il ərzində metro ilə daha 88 milyon sərnişin daşınması nəzərdə tutulub. Ümumilikdə metro üçün 299 yeni vaqon alınacaq.

Həmçinin Xırdalan dairəsində təkmilləşdirmə işlərinin aparılması, yol qovşaqlarının və ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların çəkilməsi də nəzərdə tutulur.

“Nəzərdə tutulan işlərin görülməsi realdır”

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, dövlət proqramında nəzərdə tutulan yeniliklərin gətirəcəyi müsbət nəticələri ən qısa zamanda görəcəyik: “Əsas məqsəd yol-nəqliyyat infrastrukturunun optimallaşdırılması, genişləndirilməsi və inkişaf etdirilməsidir. Burada iki istiqamət var. Biri yol infrastrukturu ilə bağlıdır. Yol infrastrukturunun genişləndirilməsi, yeni yolların çəkilməsi, "butulka" effekti yaradıb tıxaca səbəb olan boğazların sökülməsi, yeni yol ötürücülərinin, körpü və tunellərin tikilməsi nəzərdə tutulub. Bu yolların tikilməsi ilə paralel olaraq, ictimai nəqliyyat da şaxələnəcək və inkişaf etdiriləcək. Yeni avtobus və dəmir yolu marşrutları təşkil olunacaq. Yeni dəmir yolu ilə vətəndaşların Bakı və ətraf ərazilərə səfərləri rahatlaşacaq. Tramvay xətlərinin də çəkilməsi plandadır. Ümid edirəm ki, onlar rentabelli ərazilərdən keçəcək. Yeni metro depoları və stansiyalar da tikiləcək. Hansı ki, buna ehtiyac var idi. Metroda qatarlararası intervalların azalmasına da ehtiyac var. Bunun üçün depolar və stansiyalar artırılmalıdır. Bakı-Sumqayıt istiqamətində hərəkəti sərbəstləşdirmək üçün müəyyən addımlar atılacaq. Xırdalan və Sumqayıt istiqamətinə bir neçə alternativ yol, körpü, tunel, yol ötürücüləri çəkiləcək. Mövcud olan yollar diferensiallaşdırılacaq. Nəzərdə tutulan işlərin görülməsi realdır. Cəmi bir neçə il ərzində bu yenilikləri görmək mümkün olacaq”. 

© "Kaspi" qəzeti

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Neftimizin qiyməti ucuzlaşıb

18.03.2026

İbrahim Əhmədov departament direktoru təyin edildi

18.03.2026

Rubl ucuzlaşarkən, avro bahalaşmaqda davam edir

18.03.2026
"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir"

"Marketinqi düzgün başa düşən bizneslər yalnız satış etmir" - Marketoloq

18.03.2026

Təsadüfən zəngin olan insanların inanılmaz hekayələri - SƏHƏR OXUSU

18.03.2026

Müharibə və bahalıq dolları gücləndirir - İnvestorlar "təhlükəsiz limanlara" üz tutur

17.03.2026

Peçenye ilə 1 milyard dollarlıq biznes

17.03.2026

Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək

17.03.2026

9 milyard dollarlıq yapon təyyarəsi bir sərnişin daşımadı - Səbəb nədir?

17.03.2026

Qlobal məlumat həcmi 181 zettabayta çatır, kiber risklər və xərclər artır

17.03.2026

2026-cı ildə marketinq trendləri: kiçik bizneslər üçün yeni imkanlar

17.03.2026

Müharibə hansı yanacağın qiymətini daha çox artıracaq? - Analitiklərin proqnozu

17.03.2026

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib ®

17.03.2026

Türkiyənin dollar milyarderi qadınları

17.03.2026

“PAŞA Bank”ın keçmiş əməkdaşına “ABB”də vəzifə verildi

17.03.2026

Prezident nazirlikdə müavinlərin sayını artırdı

17.03.2026

Rabitəbank Ramazan və Novruz Bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib ®

17.03.2026

"Nvidia" süni intellekt çiplərindən 1 trilyon dollar gəlir gözləyir

17.03.2026

Rusiyaya məhsul ixracında milyardlıq azalma

17.03.2026
Vüsal Mahmudov müşavir təyin olundu

Vüsal Mahmudov müşavir təyin olundu

17.03.2026

Məzənnə

Yüklənir...