Bakıda biznesmenin yarım milyondan çox pulu mənimsənildi

Redaktor

21.01.2026 14:53
127

Bakıda biznesmenin yarım milyondan çox pulu mənimsənildi - TƏFƏRRÜAT

Bakıda biznesmenə qarşı yarım milyon manatdan çox pul mənimsənilib.

Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, Masallı rayon sakini Zaur İbadovun oğlu Sənana dostu ilə biznes qurmaq üçün 575 min manat verib.

Sənan da atasından aldığı həmin məbləği iş qurmaq üçün tanışı Emin Abbasova verib. Emin isə iş görmək əvəzinə həmin məbləği mənimsəyib.
Bundan sonra Zaur İbadov dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Emin Abbasovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə təqsirləndirilən şəxs mənimsədiyi 575 min manatdan 420 min manat ödədiyi üçün Emin Abbasovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Zaur İbadovun özü də yükdaşıma biznesi ilə məşğuldur.
Emin Abbasovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü ittiham üzrə qismən təqsirli bilib.
Daha sonra ifadə verən zərərçəkmiş Zaur İbadov ifadə verib. O bildirib ki, iki oğlu var, hər ikisi tələbədir, buna görə də oğlanları onun şirkətində rəsmi olaraq işləmirlər: "Mən şirkətimi özüm qurmuşam, ailə biznesdir. Bir gün oğlum Sənan biznes işi ilə məşğul olmaq istədiyini, buna görə də bu işi görmək üçün maliyyə lazım olduğunu dedi. Onun yaşında mən də bizneslə məşğul olmağa başladığım üçün ona dəstək olmaq istədim. Daha sonra Sənanın haqqında danışdığı Emin və onun ailəsi ilə maraqlandım. Qarşı tərəfin də maddi durumlarının yaxşı olduğunu görəndə rahat oldum. Oğlum mənim xəbərim olmaq şərti ilə Eminə 675 min manat verdi. Daha sonra gəlirin olmadığını, pulun gəlmədiyini gördük. Buna görə də görüşdük. Görüş zamanı Emin narahat idi. Orada pulla bağlı mübahisələrimiz oldu. Axırda Emin 675 min yox, 575 min manat aldığını dedi. Mən də pulu almaq üçün 100 min manat pulumdan keçdim ki, etiraf etdikləri məbləği ala bilim. Emin də 575 min manatı verəcəyini dedi. Bundan sonra 100 min manat verdilər".

Zərərçəkmiş qeyd edib ki, sonradan Emin Abbasovun pulu qalan hissəsini verməkdən yayındığını görüb və buna görə də şikayət edib. İstintaq dövründə də ödəniş olduğunu deyən zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən ona 155 min manat borcunun qaldığını deyib.

Növbəti proses fevralın 18-də davam edəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ilin sağlamlıq turizmi səyahətləri - 8 trend

21.01.2026

Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...

21.01.2026

"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

21.01.2026

Qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu

21.01.2026

Kompüterinizi yavaşladan 7 tətbiq

21.01.2026

Yaz tətili üçün Avropada ən yaxşı 10 yer

21.01.2026

Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

21.01.2026

Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol

21.01.2026

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

21.01.2026

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

21.01.2026

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

21.01.2026

Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib

21.01.2026

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib

Azərbaycanda bu bankları xanımlar idarə edib

21.01.2026

Yanğında 1 milyon manatlıq ziyana düşdülər

21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

21.01.2026

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

21.01.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21.01.2026

Bu pensiyalar 53 manat artırılır

21.01.2026

Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib

21.01.2026

Məzənnə

Yüklənir...