Bakıda bəy-gəlin rəqslərinin qiymətləri

Redaktor

28.07.2026 09:23
193

Bakıda bəy-gəlin rəqslərinin qiymətləri - SİYAHI

Toy hazırlıqlarının vacib hissələrindən biri də bəylə gəlinin ilk rəqsidir. Buna görə də bir çox cütlük toy öncəsi peşəkar rəqs dərslərinə müraciət edir. Bakıda fəaliyyət göstərən rəqs məktəblərində milli rəqs, vals və fərqli rəqs proqramları təklif olunur. Qiymətlər isə müəllimdən, seçilən rəqs növündən və dərs paketindən asılı olaraq dəyişir.

Bəs Bakıda bəy-gəlin rəqs dərslərinin qiyməti neçəyədir? 

Valyuta.az Bakıda fəaliyyət göstərən bir neçə rəqs məktəbinin qiymətlərini təqdim edir:

İffy Dance School

"İffy Dance School"da vals və milli rəqs dərslərinin qiyməti müəllimdən asılı olaraq dəyişir. Digər müəllimlərdə bu rəqslər 80-100 manata, İftixar müəllimdə isə 150 manata tədris olunur. Bir musiqidə bir neçə rəqsin öyrədildiyi miks rəqs proqramının qiyməti isə digər müəllimlərdə 120-150 manat, İftixar müəllimdə 250-300 manat təşkil edir.

Dila Dance Group

"Dila Dance Group"da milli və vals rəqslərinin öyrədilməsi üçün 120 manat ödənilir. Dərslər həftədə iki dəfə olmaqla, hər biri 1 saat davam edir.

Uğurum Rəqs Qrupu

Uğurum Rəqs Qrupu toy üçün vals, milli və digər rəqsləri əhatə edən proqram təklif edir. Paketin qiyməti 500 manatdır və rəqslər 8 dərs ərzində öyrədilir.

İnci Rəqs Qrupu

"İnci Rəqs Qrupu"nda toy rəqsləri üzrə 8 dərslik paket 150 manata təklif olunur. Öyrədiləcək rəqslər bəylə gəlinin istəyinə uyğun seçilir.

Nur Dance

"Nur Dance"da da toy rəqsləri üzrə 8 dərslik proqramın qiyməti 150 manatdır. Bu müddət ərzində toy üçün lazım olan bütün rəqslər öyrədilir.

Edera Rəqs Mərkəzi

"Edera Rəqs Mərkəzi"ndə qiymətlər müəllimdən asılı olaraq dəyişir. Milli və vals rəqslərinin hər biri 100-150 manat, hər iki rəqsi əhatə edən paket isə 150-250 manat arasında dəyişir.

Bakı Rəqs Akademiyası

"Bakı Rəqs Akademiyası"nda bir rəqsin tam qurulması 120 manata təklif olunur. Proqram 4 dərs ərzində tamamlanır və hər dərs 1 saat davam edir.

Karma Nargiz Mahmudzade

"Karma Nargiz Mahmudzade" rəqs studiyasında bəy-gəlin üçün xüsusi xoreoqrafiya paketi təklif olunur. Bu ay qeydiyyatdan keçən cütlüklər üçün qiymət 645 manatdır. Proqram 6 dərs (ümumilikdə 6 saat) ərzində keçirilir. Qiymətin rəqsin çətinlik dərəcəsindən asılı olaraq dəyişə biləcəyi bildirilir. Rəqs musiqisi cütlüyün istəyinə uyğun sərbəst seçilir və xoreoqrafiya həmin musiqiyə uyğun olaraq bəy-gəlin üçün fərdi şəkildə hazırlanır.

Bakı Rəqs Mərkəzi

"Bakı Rəqs Mərkəzi"ndə toy rəqslərinin qiyməti müəllimdən asılı olaraq dəyişir. Xanım müəllimdə bir rəqsin qurulması 80 manatdır və bu qiymətə 4 dərs daxildir. İki rəqsin hazırlanması isə 150 manat təşkil edir və bu paketə 6 dərs daxildir.

Bəy müəllimdə isə bir rəqsin qiyməti 150 manat, iki rəqsin qiyməti isə 250 manatdır. Bu paketlərdə də müvafiq olaraq bir rəqs üçün 4, iki rəqs üçün isə 6 dərs nəzərdə tutulur. Dərslərin vaxtı tərəflərin razılığı əsasında müəyyən edilir və hər dərs 1 saat davam edir.

Qeyd: Qiymətlər rəqs məktəblərinin təqdim etdiyi mövcud tariflər əsasında hazırlanıb və zamanla dəyişə bilər.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektdən məsləhət aldı və 100 milyon gəliri olan şirkət qurdu

28.07.2026

Analitiklər bu ilin ən perspektivli 10 səhmini açıqlayıb

28.07.2026

UNEC-dən tələbələrə startap imkanı: qaliblərə maliyyə dəstəyi veriləcək

28.07.2026
"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

"Meqa Həyat Sığorta"nın aktivləri azalıb, xərcləri artıb

28.07.2026

Büdcə kəsiri ilə üzləşən şirkətlər nə etməlidir?

28.07.2026

AZCON Holding və “Amazon Web Services” əməkdaşlığı genişləndirir

28.07.2026

Özəl şirkətlər ƏDV hesablarındakı vəsaiti DSMF-yə yönəldə biləcək

28.07.2026

“Ziraat Bank Azərbaycan”ın kredit portfeli bir ildə 33% böyüyüb

28.07.2026

"Multiverse Computing" şirkəti 500 milyon avro investisiya cəlb etməyi hədəfləyir

28.07.2026

"Mercedes"in gəliri azalsa da, mənfəəti gözləntiləri üstələdi

28.07.2026
Yüksək satış varsa, o biznes uğurludur?

Yüksək satış varsa, o biznes uğurludur?

28.07.2026

Çip sektorundakı qlobal satış dalğası "Bitcoin"i də ucuzlaşdırdı

28.07.2026

"Nvidia" süni intellekt təhlükəsizliyi üçün nəhəng şirkətlərlə ittifaq yaratdı

28.07.2026

Fərqli sənayelərin ilk milyarderləri

28.07.2026

Amazon süni intellect xərcləri səbəbindən minlərlə işçini yenidən işə götürdü

28.07.2026

Nvidia və SK Group 500 milyard dollarlıq süni intellekt infrastruktur layihəsinə başlayır

28.07.2026
Nağd kredit müqayisəsi:

Nağd kredit müqayisəsi: "Expressbank", yoxsa "Yelo Bank"?

28.07.2026

Yataq otağında əsası qoyulan startaplar

28.07.2026

"Referans"ın rəhbəri Hansıyar Babayevə müşavir təyin edildi - FOTO

28.07.2026

İnvestAZ və SİMA İmza əməkdaşlığı sayəsində İnvestaz-da hesablar uzun zamandır tam onlayn açılır ®

28.07.2026

Məzənnə

Yüklənir...