Azərbaycanın maliyyə sistemində böyük paya malik olan 5 bank açıqlandı

Redaktor

26.02.2026 13:15
48

Azərbaycanın maliyyə sistemində böyük paya malik olan 5 bank açıqlandı

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını təsdiqləyib.

Valyuta.az xəbər verir ki, siyahıya “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “PAŞA Bank”, “Bank Respublika” və “Unibank” daxil edilib.

Qeyd edək ki, siyahı 2025-ci illə müqayisədə dəyişməyib. Həmin banklar ötən il də sistem əhəmiyyətli banklar kimi müəyyən edilib.

Sistem əhəmiyyətli bank anlayışı

“Sistem əhəmiyyətli bank” dedikdə maliyyə sistemində böyük paya və təsir imkanına malik olan, problemlə üzləşdiyi halda bütün bank sektoruna və ümumi iqtisadiyyata ciddi risk yarada bilən kredit təşkilatları nəzərdə tutulur. Bu banklar, adətən, iri həcmli aktivlərə, geniş kredit və depozit portfelinə, ölkə üzrə yüksək bazar payına, geniş filial və POS şəbəkəsinə malik olur, həmçinin digər maliyyə institutları ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Sistem əhəmiyyətli banklara münasibətdə əlavə prudensial tələblər tətbiq olunur. Bunlara daha yüksək kapital adekvatlığı normaları, əlavə kapital buferləri, leverec əmsalı üzrə fərqli tələblər, gücləndirilmiş risk idarəetməsi və daha intensiv nəzarət mexanizmləri daxildir. Azərbaycanda sistem əhəmiyyətli bank anlayışı 2017-ci ildən tətbiq edilir. Müvafiq meyarlar ilkin olaraq 2019-cu ildə təsdiqlənib, sonuncu yenilənmə isə 2025-ci ildə həyata keçirilib. Yenilənmiş “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları” Mərkəzi Bankın İdarə Heyətinin 19 mart 2025-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunub və 9 aprel 2025-ci il tarixindən qüvvəyə minib.

Qiymətləndirmə meyarları

Hazırda bankın sistem əhəmiyyətli olub-olmaması xüsusi indikatorlar əsasında hesablanan indeks vasitəsilə müəyyən edilir. İndeks 420 baza bəndi və ya daha yüksək olduqda bank sistem əhəmiyyətli hesab olunur.

Qiymətləndirmə əsasən dörd istiqamət üzrə aparılır:

Ölçü

Cəmi aktivlər (xalis aktivlər və balansdankənar öhdəliklər daxil olmaqla)

Depozit portfeli

Qarşılıqlı bağlılıq

Maliyyə institutları qarşısında öhdəliklər

Maliyyə institutlarında yerləşdirilmiş aktivlər

Qiymətli kağızlar üzrə öhdəliklər

Əvəzolunmazlıq

Ödəniş sistemləri (o cümlədən AZİPS) vasitəsilə aparılan əməliyyatların sayı və həcmi

Əmanətçilərin sayı

Unikal müştəri sayı

Bankomat, POS-terminal və filial şəbəkəsinin miqyası

Mürəkkəblik

Birjadankənar törəmə maliyyə alətləri

Ticarət məqsədilə əldə saxlanılan qiymətli kağızlar

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Rowspace” 50 milyon dollar investisiya alıb

26.02.2026

Bir ildə ölkədə 3 bank şöbəsi fəaliyyətini dayandırıb

26.02.2026

Gecikən işçinin maaşından nə qədər tutula bilər?

26.02.2026

20 min dollara insanabənzər robot: Bütün populyar modellər - FOTO

26.02.2026

Süni intellektlə insan işçiləri əvəz etdiyini bildirən 7 şirkət

26.02.2026

Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər artıb

26.02.2026

Azərbaycanın maliyyə sistemində böyük paya malik olan 5 bank açıqlandı

26.02.2026

Ev təsərrüfatlarına verilən kreditlər 18 milyardı ötüb

26.02.2026

Sabahın hava proqnozu

26.02.2026
Azərbaycanda orta aylıq iş saatları artan sahələr

Azərbaycanda orta aylıq iş saatları artan sahələr - SİYAHI

26.02.2026

AAYDA-da yoxlama: Saleh Məmmədovun yaxınlarına aid maliyyə pozuntuları aşkarlandı

26.02.2026
Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir?

Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir? - Diqqət probleminin səbəbləri

26.02.2026

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib

26.02.2026
Ən çox kredit verilən iqtisadi rayonlar

Ən çox kredit verilən iqtisadi rayonlar - SİYAHI

26.02.2026

Azərbaycanda bank işçilərinin sayı artıb

26.02.2026

"AzSığorta"nın müştərilərinə ödənişləri 86% azalıb

26.02.2026

Bankların aktivləri 3 milyard manatdan çox artıb

26.02.2026

Bank sektorunun xalis mənfəəti 12,8% artıb

26.02.2026
Nvidia güclü gəlir açıqladı, süni intellektlə bağlı narahatlıqlar azaldı

Nvidia güclü gəlir açıqladı, süni intellektlə bağlı narahatlıqlar azaldı

26.02.2026

EBRD: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatındakı artım sürətlənəcək

26.02.2026

Məzənnə

Yüklənir...