Ən çox kredit verilən iqtisadi rayonlar

Redaktor

26.02.2026 11:27
83

Ən çox kredit verilən iqtisadi rayonlar - SİYAHI

Bu ilin yanvar ayında Azərbaycanda kredit qoyuluşlarının həcmi 29 milyard 980,053 milyon manat təşkil edib.

Bu barədə Valyuta.az Mərkəzi Bankda istinadən məlumat verir.

Məlumata əsasən, kredit təşkilatları tərəfindən verilən kreditlərin 22 milyard 749,621 milyon manatı Bakı şəhərinin payına düşüb.

Dövr ərzində kredit qoyuluşunun ən az orta faiz dərəcəsi Bakı şəhəri (12,91%), ən çox isə Dağlıq Şirvan iqtisadi rayonu (20,24%) üzrə qeydə alınıb.

Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələrini təqdim edirik:

Regionların adı Məbləğ Orta % dərəcəsi
Bakı iqtisadi rayonu 22,749,621 12.91%
Naxçıvan iqtisadi rayonu 494,216 15.47%
Abşeron-Xızı iqtisadi rayonu 1,215,330 16.53%
Dağlıq Şirvan iqtisadi rayonu 210,95 20.24%
Gəncə-Daşkəsən iqtisadi rayonu 905,246 17.88%
Qarabağ iqtisadi rayonu 526,043 19.83%
Qazax-Tovuz iqtisadi rayonu 583,588 19.67%
Quba-Xaçmaz iqtisadi rayonu 521,629 18.06%
Lənkəran-Astara iqtisadi rayonu 711,046 19.74%
Mərkəzi Aran iqtisadi rayonu 606,898 19.88%
Mil-Muğan iqtisadi rayonu 360,518 19.47%
Şəki-Zaqatala iqtisadi rayonu 605,003 17.92%
Şərqi Zəngəzur iqtisadi rayonu 24,414 14.51%
Şirvan-Salyan iqtisadi rayonu 465,552 19.79%
26.02.2026

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...