Azərbaycanda bank işçilərinin sayı artıb

Redaktor

26.02.2026 11:10
46

Azərbaycanda bank işçilərinin sayı artıb

2026-cı ilin fevral ayının 1-nə olan məlumata əsasən, bank sektorunda çalışanların sayı 1 783 nəfər artaraq 27,235 nəfər təşkil edib.

Valyuta.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

2025-ci ilin yanvar ayında isə bank işçilərinin sayı 25,452 nəfər olub.

Hesabat dövründə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,498 olub.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...