Redaktor
AAYDA-da yoxlama: Saleh Məmmədovun yaxınlarına aid maliyyə pozuntuları aşkarlandı
Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyində (AAYDA) yoxlamalar aparılır.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, yoxlamalar ötən ilin dekabrından başlayıb və Saleh Məmmədovun AAYDA-nın İdarə Heyətinin sədri olduğu dövrü əhatə edir.
Bildirilib ki, yoxlamalar hələ bir müddət davam edəcək. Buna baxmayaraq, artıq maliyyə pozuntuları ilə bağlı ciddi faktlar aşkar edilib.
İddialara görə, bu faktlar əsasən Saleh Məmmədovun yaxınlarının çalışdığı qurumları əhatə edir. Buna rəğmən hələ ki, həmin qurumların rəhbərləri barədə hər hansı tədbir görülməyib. Daha doğrusu, müvafiq qurumlar lazımi addımları atmağa tələsmir və yoxlamanın tam başa çatmasını gözləyir.
Məlumata görə, yoxlamaların nəticəsi olaraq AAYDA-da kadr və struktur dəyişiklərinin həyata keçirilməsi gözlənilir.
Qeyd olunub ki, qurumun tabeliyində fəaliyyət göstərən MMC-lər ləğv edilə və regional idarələr yaradıla bilər.
Xatırladaq ki, Saleh Məmmədov AAYDA-nın İdarə Heyətinin sədri vəzifəsinə 2017-ci ildə təyinat alıb. O, fevralın 6-da tutduğu vəzifədən azad edilib.
Mediada gedən məlumatlara görə, Saleh Məmmədov AAYDA-nın rəhbərliyinə təyinat aldıqdan sonra qohumlarını müxtəlif vəzifələrə yerləşdirib.
Bununla bağlı yayılan siyahını təqdim edirik:
- Zaur Həmzəyev - əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri;
- Araz Bəndəliyev - xalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri;
- Toğrul Həmzəli - qardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi;
- Təhminə Həmzəyeva - bacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri;
- Mətanət Həmzəyeva - bacısı, "Azəryolİlmitəhqiqatlayihə" İnstitutunun baş mühasibi;
- Dilavər Həmzəyev - yeznəsi, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavini;
- Ustubat Niftəliyev - yeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektlə insan işçiləri əvəz etdiyini bildirən 7 şirkət
26.02.2026Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlər artıb
26.02.2026Azərbaycanın maliyyə sistemində böyük paya malik olan 5 bank açıqlandı
26.02.2026Ev təsərrüfatlarına verilən kreditlər 18 milyardı ötüb
26.02.2026Sabahın hava proqnozu
26.02.2026
Azərbaycanda orta aylıq iş saatları artan sahələr - SİYAHI
26.02.2026AAYDA-da yoxlama: Saleh Məmmədovun yaxınlarına aid maliyyə pozuntuları aşkarlandı
26.02.2026
Bəzi tədbirlərdə iştirakçılar niyə mürgüləyir? - Diqqət probleminin səbəbləri
26.02.2026Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib
26.02.2026
Ən çox kredit verilən iqtisadi rayonlar - SİYAHI
26.02.2026Azərbaycanda bank işçilərinin sayı artıb
26.02.2026"AzSığorta" müştərilərinə etdiyi ödənişləri 86% azaltdı
26.02.2026Bankların aktivləri 3 milyard manatdan çox artıb
26.02.2026Bank sektorunun xalis mənfəəti 12,8% artıb
26.02.2026