Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Redaktor

25.04.2025 21:52
399

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov konfrasda çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir. 

Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb", - deyə o qeyd edib. 

PA rəsmisinin sözlərinə görə, hazırda inzibati məhkəmələr artıb, bu da keyfiyyətə də təsir edir:

"Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Sahibkarların fikri çox vacibdir”.

Yeni məhkəmələrin yaradılması sahibkarlara hüquqi müstəvidə hansı əlavə imtiyazlar və rahatlıqlar verə bilər?

Valyuta.az-ın sualını cavablandıram vəkil Əkrəm Həsənovun sözlərinə görə, burda söhbət kommersiya yox, məhz inzibati məhkəmələrdən gedir: 

“Hazırda Azərbaycanda kommersiya məhkəmələri var və 5 ilə yaxındır fəaliyyət göstərir. 
Bu gün Azərbaycanda ixtisaslaşmış hərbi, inzibati və kommersiya məhkəmələri var. Kommersiya məhkəmələri iki sahibkar arasındakı mübahisəli məsələlərə baxır. Mənə elə gəlir ki, bu sahədə heç bir dəyişiklik olmayacaq. İnzibati məhkəmələr isə dövlət orqanlarına qarşı olan məhkəmələrdi. Pensiya, vergi, əmlak, gömrüklə bağlı problemlər daxil olmaqla, istənilən dövlət orqanına qarşı iddia qaldırmaq olar”.

Hüquqşünas vurğulayıb ki, hazırda inzibati məhkəmələrdə dövlətə qarşı həm vətəndaşların, həm də sahibkarların şikayətlərinə baxırlar:

“Yaxşı olardı ki, sahibkarları ayırsınlar, onlar üçün ayrıca inzibati məhkəmələr olsun. Çünki vətəndaşlarla sahibkarlar arasında fərq böyükdür. Sahibkarların dövlət orqanları ilə mübahisələri vətəndaşların inzibati mübahisələrindən fərqlidir. Bakı şəhərində bir dənə inzibati məhkəmə var. Orda isə həm vətəndaşın, həm də sahibkarın istənilən şikayətinə baxılır. Sahibkarlıq isə spesifik sahə olduğu üçün onu ayırmaq yaxşı olardı. Onların probleminə daha tez baxılmalıdır”. 

Əkrəm Həsənovun sözlərinə görə, bu gün sahibkarlar üçün ən böyük əngəl elə dövlət orqanlarıdır:

“Ona görə də imkan verilməlidir ki, sahibkarlar dövlət orqanlarına qarşı iddialarını ixtisaslaşmış məhkəmələrdə qaldırsın”. 

Günay

Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Məzənnə

Yüklənir...