Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?

Redaktor

01.07.2026 22:02
108

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər, bal, kürü və “kənd toyuğu”dur.

Valyuta.az "Trend"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, 4 tona yaxın saxta bal aşkarlanıb:

“Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir. Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması halları da kifayət qədər çoxdur. Hazırda xüsusilə qara kürünün saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir. İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə, məhsul öz adı ilə - yəni “süni kürü” kimi satışa çıxarılmalıdır. Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə restoran və şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii qara kürü adı altında təqdim edilir. Bu halın insan sağlamlığı baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə hallara qarşı müvafiq tədbirlər görülür”.

AQTA sədrinin sözlərinə görə,163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub:

“Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib və tərəfimizdən həmin halların qarşısı alınıb.

Saxtalaşdırma hallarından biri də kənd toyuğu adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim olunur. Bu cür halların da qarşısının alınması istiqamətində Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?

01.07.2026

Lyayen: Ermənistana elektrik kabelinin çəkilməsi ilə bağlı təklifinizi də yüksək qiymətləndiririk

01.07.2026

“Azərişıq” 2,9 milyon manatlıq tender elan edib

01.07.2026

"Google" İsveçdə rekord məbləğdə cərimə ödəyəcək

01.07.2026

Nvidia: "Yeni soyutma texnologiyası data mərkəzlərində su sərfiyyatını azalda bilər"

01.07.2026

"National Grid" süni intellektin yaratdığı enerji tələbatına görə "Joulent"ə 2,98 milyard manat investisiya yatırır

01.07.2026

“AzərGold”un ixrac gəlirləri 31,4% artıb

01.07.2026

Emosional intellekt niyə investorlar üçün ən vacib amildir?

01.07.2026

Qadınların danışıq bacarıqları biznesdə üstünlük yaradır - ARAŞDIRMA

01.07.2026

ABŞ "Anthropic"in "Fable" və "Mythos" modellərinə tətbiq etdiyi məhdudiyyətləri ləğv edib

01.07.2026

Startaplar üçün ən effektiv marketinq strategiyası hansıdır? - Marketoloq

01.07.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - CƏDVƏL

01.07.2026

Maşınımızı başqası idarə edərsə, qəza olsa, KASKO ödənişi edilirmi?

01.07.2026

Rəsmi sənədlər açıqlandı: Tramp ailəsi kriptovalyutadan nə qədər qazanıb?

01.07.2026

Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda ®

01.07.2026

"Aqrar Sığorta"nın ödəniş əmsalı 37,67 manatdan 2,68 manata enib

01.07.2026

Orta sahibkarlığa verilən kreditlər 400 milyon manatdan çox artıb

01.07.2026

8,5 milyardlıq startap əməkdaşlarına səhmlərini satmağa icazə verdi

01.07.2026

"Azərsun Holdinq"in gəlirləri 1,87 milyard manatı ötüb

01.07.2026

"MGX" şirkəti tarixdə ən böyük süni intellekt fondlarından biri üçün 49 milyard dollar cəlb edib

01.07.2026

Məzənnə

Yüklənir...