Redaktor
Azərbaycanda 119 operator və provayderin tələbləri pozduğu aşkarlanıb
Azərbaycanda uçotda olan 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb, abunəçilərlə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.
Bildirilib ki, abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.
Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35 %-ə çatdırılıb.
Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyada nə qədər pul var? - SƏHƏR OXUSU
04.02.2026Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026