Redaktor
"Anthropic" startapı 10 milyard dollardan çox investisiya cəlb etdi
ABŞ-da fəaliyyət göstərən süni intellekt startapı “Anthropic” (böyük dil modelləri olan “Claude” ailəsinin yaradıcısı) son maliyyələşmə raundunda 350 milyard dollar qiymətləndirmə ilə 10–15 milyard dollar arasında investisiya cəlb edib.
CNBC telekanalının danışıqlarla tanış olan üç mənbəsinə istinadən verdiyi məlumata görə, investisiyanın həcmi “Microsoft” və “Nvidia” şirkətlərinin iştirak qərarından asılı olaraq arta bilər.
Xatırladaq ki, 2025-ci ilin noyabrında “Microsoft” və “Nvidia” müvafiq olaraq 5 milyard dollar və 10 milyard dollaradək sərmayə yatırma planlarını açıqlamışdı. Lakin onların son raundda iştirak edib-etməyəcəyi və yatırımların dəqiq həcmi hələ müəyyən edilməyib.
Maliyyələşmə mərhələsinə Sinqapurun suveren sərmayə fondu “GIC” və amerikalı investor “Coatue” rəhbərlik edir. “Financial Times” nəşrinin mənbələrinin bildirdiyinə görə, hər iki investor layihəyə 1,5 milyard dollar sərmayə qoyacaq. CNBC-nin məlumatına əsasən, bu raundda “Anthropic”in rəqibi olan “OpenAI” şirkətinin də investoru sayılan “Sequoia Capital” vençur fondu da iştirak edir.
Bundan əvvəl “Financial Times” yazmışdı ki, “Anthropic” ümumilikdə 25 milyard dollar investisiya cəlb etməyi və bu prosesin 350 milyard dollar qiymətləndirmə ilə baş tutmasını planlaşdırır. Bu, təxminən dörd ay əvvəlki 170 milyard dollarlıq qiymətləndirmə ilə müqayisədə ikiqat artım deməkdir. Mənbələrin vurğuladığına görə, raundun miqyası o qədər böyükdür ki, onu vençur sərmayələrindən çox, ictimai şirkətlərə yatırılan sərmayələrlə müqayisə etmək olar.
“Anthropic” 2021-ci ildə “OpenAI” şirkətinin keçmiş tədqiqat rəhbərlərinin, o cümlədən baş direktor Dariyo Amodeyin iştirakı ilə təsis edilib. Şirkət “Claude” adlı böyük dil modellərinin hazırlanması ilə tanınır. Onun süni intellekt proqramlaşdırma aləti “Claude Code” son aylarda geniş populyarlıq qazanıb. Nəticə etibarilə, 2025-ci ildə şirkətin gəliri 10 milyard dollara çatıb.
Hazırda startap ilkin ictimai təklifə (IPO) hazırlaşır. “Financial Times”ın mənbələrindən biri “Anthropic”in 2026-cı ildə IPO üçün hazır ola biləcəyini bildirib. Lakin şirkətə yaxın başqa bir mənbə bu ehtimalı inandırıcı saymayıb. Şirkətin nümayəndəsi isə IPO qərarının və onun vaxtının hələ qəbul edilmədiyini qeyd edib.
Aydın
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərEvdən işləyənlərin şirkət məhsuldarlığına təsiri
28.01.2026Elçin Quliyev generalı rəis təyin etdi
28.01.2026Gömrük Komitəsi büdcə üzrə proqnozu yerinə yetirə bilməyib - Nazirlik
28.01.2026Azərbaycanın dövlət borcu açıqlandı
28.01.2026Amerikalı investor: "Bakının startap ekosistemi inkişaf edir"
28.01.2026"TikTok"u silənlərin sayı 150 faiz artdı, yeni bir tətbiq zirvəyə çıxdı
28.01.2026İcra başçısının sabiq köməkçisi həbs olundu - Nazirlikdə iş vədi
28.01.2026"Bitcoin" üçün yeni dəstək səviyyəsi: 62 min dollar kritik həddə çevrilir
28.01.2026"Unibank" kartlarından nağdlaşdırmaya yeni limit tətbiq ediləcək
28.01.2026"Anthropic" startapı 10 milyard dollardan çox investisiya cəlb etdi
28.01.2026Elgin Həbibullayev müavinini, şöbə müdirini və nümayəndəni işdən çıxardı
28.01.2026“Hüquqşünas” həbs olundu: Yarım milyona yaxın dələduzluq edib - FOTO
28.01.2026Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
28.01.2026"Meta" Al infrastrukturunu gücləndirir: "Corning" ilə 6 milyard dollarlıq anlaşma
28.01.20262025-ci ildə avtonəqliyyat sığortasından 78 milyon manat yığılıb
28.01.2026E-ticarətdə 2026 vizyonu: Axtarış dövrü bitir, süni intellekt köməkçiləri seçir
28.01.2026