"TikTok"u silənlərin sayı 150 faiz artdı, yeni bir tətbiq zirvəyə çıxdı

Redaktor

28.01.2026 15:35
40

"TikTok"u silənlərin sayı 150 faiz artdı, yeni bir tətbiq zirvəyə çıxdı

Populyar sosial media platforması "TikTok" Amerika Birləşmiş Ştatlarındakı əməliyyatlarını yeni bir tərəfdaşlıq strukturuna verdikdən sonra sular durulmur. Texniki qüsurlar və istifadəçi reaksiyaları ilə mübarizə aparan platformada vəziyyət gözlənildiyi kimi getmir.

Valyuta.az xəbər verir ki, məlumat analitikası şirkəti Sensor Toverin paylaşdığı rəqəmlər vəziyyətin ciddiliyini açıq göstərir. Son üç ayla müqayisədə, "TikTok" tətbiqini telefonlarından silənlərin sayı 150% artıb. Şirkət son dövrlərdə xüsusilə tətbiqdə baş verən problemlərlə mübarizə aparır və bu qüsurların məzmun izlənmə sayından yükləmə müddətlərinə qədər bir çox funksiyanı pozduğu, bir məlumat mərkəzində baş vermiş elektrik kəsintisinə bağlandığı bildirilir. Lakin bu problemlərin nə zaman həll olunacağı barədə hələ rəsmi açıqlama verilməyib.

"TikTok"da yaşanan bu xaos istifadəçiləri alternativ axtarışına yönəldib və görünür ki, bu vəziyyətdən ən çox qazananlardan biri avstraliyalı proqramçı tərəfindən hazırlanmış və qısa müddətdə ABŞ "App Store" siyahılarında yüksələn müstəqil tətbiq "UpScrolled" olub. Ötən ilin iyun ayında təqdim olunmasına baxmayaraq səssiz irəliləyən tətbiq, "TikTok"un ABŞ-dakı yeni strukturunun rəsmiləşdiyi cümə günündən etibarən böyük sıçrayış yaşayıb. Günlük 500 yükləməyə belə çata bilməyən "UpScrolled", yalnız bir neçə gün ərzində on minlərlə yeni istifadəçi qazanıb. Bu ani maraq o qədər intensiv olub ki, tətbiq idarəsi texniki qüsurlar aradan qaldırılarkən istifadəçilərdən bir az səbr etmələrini xahiş etmək məcburiyyətində qalıb.

Yeni bir rəqib doğulur?

"Instagram"ı xatırladan interfeysə sahib "UpScrolled" foto və qısa videoların paylaşıldığı bir platforma kimi seçilir. Tətbiqin diqqət çəkən xüsusiyyətlərindən biri, istifadəçiləri alqoritmik qarışıqlıqdan qurtararaq izlədikləri şəxslərin paylaşımlarını xronoloji ardıcıllıqla görmələrini təmin etməsidir. Hələ reklam olmayan və qurucusu Issam Hijazi ilə kiçik bir investor qrupu tərəfindən maliyyələşdirilən platforma, "TikTok" kimi nəhəng korporasiyaların kölgəsində qalmaq istəməyənlərə yönəlib. Şirkət, “səslərin səssizləşdirildiyi” bir sistem əvəzinə, hər paylaşımın ədalətli görünmə şansına sahib olduğu, filtrlənməmiş və orijinal bir mühit vəd edir.

Əslində bu, "TikTok"un yaşadığı böhranların başqa bir tətbiqə fayda verdiyi ilk hal deyil. Ötən il də oxşar qadağa müzakirəsi zamanı Çin mənşəli "RedNote" tətbiqi bir anda zirvəyə yüksəlmişdi, lakin "TikTok"un geri dönüşü ilə bu populyarlıq qısa müddətdə azalmışdı. Bu dəfə isə vəziyyət fərqlidir; texniki qüsurların davamlılığı və mülkiyyət strukturundakı dəyişiklik istifadəçi sadiqliyini ciddi şəkildə zəiflədir.

"UpScrolled" iri şirkətlərin nəzarətində olmayan, istifadəçi dostu bir alternativ olaraq bu boşluğu doldurmağa çalışır. Əgər "TikTok" texniki problemlərini sürətlə həll etməsə, bu “müvəqqəti” marağın daimi istifadəçi köçünə çevrilməsi qaçılmaz ola bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“IDEALISE 2” inkubasiya proqramına qeydiyyat başladı!

28.01.2026
Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur

Startap rəhbəri: Yeni onlayn platformamız vasitəsilə bina idarəçiliyi tam şəffaf və effektiv olur - MÜSAHİBƏ

28.01.2026

Pulu necə gəldi xərcləməyi dayandırmağın 5 əsas yolu

28.01.2026

Elçin Quliyev generalı rəis təyin etdi

28.01.2026

Gömrük Komitəsi büdcə üzrə proqnozu yerinə yetirə bilməyib - Nazirlik

28.01.2026

Azərbaycanın dövlət borcu açıqlandı

28.01.2026

Amerikalı investor: "Bakının startap ekosistemi inkişaf edir"

28.01.2026

"TikTok"u silənlərin sayı 150 faiz artdı, yeni bir tətbiq zirvəyə çıxdı

28.01.2026

İcra başçısının sabiq köməkçisi həbs olundu - Nazirlikdə iş vədi

28.01.2026

"Bitcoin" üçün yeni dəstək səviyyəsi: 62 min dollar kritik həddə çevrilir

28.01.2026

"Unibank" kartlarından nağdlaşdırmaya yeni limit tətbiq ediləcək

28.01.2026

"Anthropic" startapı 10 milyard dollardan çox investisiya cəlb etdi

28.01.2026

Elgin Həbibullayev müavinini, şöbə müdirini və nümayəndəni işdən çıxardı

28.01.2026

“Hüquqşünas” həbs olundu: Yarım milyona yaxın dələduzluq edib - FOTO

28.01.2026

Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır

28.01.2026

"Meta" Al infrastrukturunu gücləndirir: "Corning" ilə 6 milyard dollarlıq anlaşma

28.01.2026

2025-ci ildə avtonəqliyyat sığortasından 78 milyon manat yığılıb

28.01.2026

E-ticarətdə 2026 vizyonu: Axtarış dövrü bitir, süni intellekt köməkçiləri seçir

28.01.2026
Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

Özünü göstərən işçi olmaq, yoxsa başını aşağı salıb işləmək?

28.01.2026

Prokurorlara bu sahəyə də nəzarət səlahiyyəti verilir

28.01.2026

Məzənnə

Yüklənir...