Amerikalı investor: "Bakının startap ekosistemi inkişaf edir"

Redaktor

28.01.2026 15:40
479

Amerikalı investor: "Bakının startap ekosistemi inkişaf edir"

Azərbaycanın paytaxtı regional innovasiya ekosistemləri xəritəsində mövqeyini tədricən möhkəmləndirir.

Valyuta.az xəbər verir ki, bu barədə Azərtac-a məxsusi müsahibəsində “Outpost Capital və Solaris Venture Partners” vençur fondlarının tərəfdaşı, San-Fransiskodan olan investor Rayan Vanq danışıb. Müsahibəni təqdim edirik.

Bakının startap ekosistemini necə qiymətləndirirsiniz və onun qlobal innovasiya zəncirlərinə daha tez qoşulmasına nə kömək edə bilər?

– Bakının startap ekosistemi inkişafın ilkin mərhələsindədir, lakin artıq nəzərəçarpacaq irəliləyiş göstərir. Dövlət dəstəyi mühüm rol oynayır, sahibkarların marağı da getdikcə artır. Qlobal innovasiya zəncirlərinə daha sürətli inteqrasiya üçün beynəlxalq kapitalın iştirakı, təcrübəli mütəxəssislərin mentor kimi cəlb olunması, uğurlu çıxış mexanizmlərinin formalaşdırılması, həmçinin qlobal korporasiyalar və akseleratorlarla daha sıx əlaqələr vacibdir.

– Azərbaycanda rəqəmsallaşmanın hansı istiqamətləri vençur investisiyaları üçün daha perspektivli görünür?

– Məncə, dövlət xidmətlərində süni intellektin tətbiqi, təhlükəsizlik cihazları və ödəniş həlləri, logistika və ticarətin rəqəmsallaşdırılması, energetikanın optimallaşdırılması, həmçinin “ağıllı” infrastrukturun inkişafı ən perspektivli sahələrdir. Bu istiqamətlər Azərbaycanın iqtisadi strukturuna uyğun gəlir və yalnız yerli bazarla məhdudlaşmır, regional miqyasda genişlənmə potensialına malikdir.

– Vençur ekosisteminin formalaşmasında özəl sektor hansı rolu oynaya bilər?

– Böyük korporativ qruplar ekosistemin dayaq institutları ola bilər. Belə ki, onlar startapların ilk müştəriləri, strateji tərəfdaşları, birgə investorları və məhdud tərəfdaşları kimi çıxış etmək imkanına malikdirlər. Bundan da vacibi odur ki, onlar startaplara məhsullarını daha tez sınaqdan keçirməyə, satış dövrlərini qısaltmağa və M&A əməliyyatları vasitəsilə real çıxış imkanları yaratmağa kömək edə bilərlər.

– Silikon Vadisi konktekstində Bakı regional innovasiya mərkəzinə çevrilə bilərmi?

– Bəli, belə potensial var. Bakı Avropa, Mərkəzi Asiya və Yaxın Şərqi birləşdirən unikal coğrafi və mədəni üstünlüklərə malikdir. Uğur üçün transsərhəd aktuallığa diqqət yetirmək, beynəlxalq istedadları cəlb etmək və şəhəri yalnız daxili ekosistem kimi deyil, əməkdaşlıq üçün neytral mərkəz kimi təqdim etmək vacibdir.

– ABŞ ilə Azərbaycan arasında texnoloji və iqtisadi əməkdaşlıq üçün ən böyük imkanları hansı sahələrdə görürsünüz?

– Ən böyük imkanlar süni intellekt, enerji keçidi, iqlim və infrastruktur texnologiyaları, təhlükəsizlik cihazları, kibertəhlükəsizlik və tətbiqi korporativ proqram təminatı sahələrində açılır. Amerikalı tərəfdaşlar texnologiya və daha geniş inkişaf təcrübəsi gətirir, Azərbaycan isə regional çıxış imkanı, sınaq mühitləri və strateji mövqe təqdim edir. Bu da qarşılıqlı faydalı əməkdaşlığın dayanıqlı modelini formalaşdırır.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"PUA bazarının 65 faizi Türkiyənin əlindədir"

15.03.2026

Bakıda ucuz qiymətə satılan həyət evlərini almaq olar?

15.03.2026

Uşaqlı turistlər üçün Avropanın ən yaxşı şəhərləri - TOP-10

15.03.2026

Lüks brendlər 100 milyonluq məhsullarını məhv edirlər - Səbəb

15.03.2026

Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?

15.03.2026

Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır - SƏHƏR OXUSU

15.03.2026

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Məzənnə

Yüklənir...