Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır

Redaktor

15.03.2026 08:30
27

Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır - SƏHƏR OXUSU

Jess və Becca Stern bacılarının qurduğu “Mustard Made” brendi son illərdə ev dekoru və mebel sektorunda ən diqqət çəkən startaplardan birinə çevrilib. Onların biznes hekayəsi göstərir ki, bəzən uğurlu biznes ideyası çox sadə bir müşahidədən yarana bilər. Bu gün bacıların yaratdığı şirkət dünyanın onlarla ölkəsində satış edən və milyonlarla dollar dövriyyəyə malik qlobal brend kimi tanınır.

Biznes ideyasının yaranması

“Mustard Made” ideyası Becca Stern-in köhnə metal locker şkaflarına olan marağından yaranıb. O, tez-tez köhnə metal şkaflar tapır və onları yenidən bərpa edirdi. Bir gün bacısı Jess ilə söhbət zamanı belə bir fikir yarandır ki, niyə bu klassik metal şkaflarını müasir və rəngarəng dizaynla yenidən təqdim etməyək?

Beləliklə, bacılar bu sadə ideyanı biznesə çevirməyə qərar verdilər. Onların məqsədi metal şkafları yalnız saxlama mebeli kimi deyil, həm də ev interyerinin estetik hissəsi kimi təqdim etmək idi.

İlk addımlar və investisiya

2018-ci ildə Jess və Becca rəsmi olaraq “Mustard Made” brendini yaratdılar. Biznesə başlamaq üçün bacılar şəxsi yığımlarından təxminən 25 min Avstraliya dolları sərmayə qoydular. Bu vəsait məhsul nümunələrinin hazırlanmasına, istehsal tərəfdaşının tapılmasına və ilk marketinq fəaliyyətlərinə xərcləndi.

Şirkətin ilk böyük təqdimatı Sidneydə keçirilən ticarət sərgisində baş tutdu. Maraqlısı isə odur ki, həmin sərgidə bacılar gözlədiklərindən qat-qat çox uğur qazandılar. Cəmi bir neçə gün ərzində 200 min Avstraliya dollarından çox sifariş aldılar. Bu nəticə onların iki il üçün planlaşdırdıqları satış hədəfini bir həftəsonunda keçmiş oldu.

Məhsullar və satış strategiyası

“Mustard Made” əsasən rəngli metal kilidli şkafları istehsal edir. Bu şkaflar müxtəlif ölçülərdə hazırlanır və evlərdə, ofislərdə, uşaq otaqlarında və studiyalarda istifadə olunur.

Şirkətin məhsulları minimal dizaynı, parlaq rəngləri və funksionallığı ilə seçilir. Bu xüsusiyyətlər sayəsində məhsullar yalnız saxlama üçün deyil, eyni zamanda interyerin dekorativ elementi kimi də istifadə edilir.

Başlanğıcda şirkətin cəmi iki model şkafı var idi. Lakin artan tələbat səbəbindən məhsul çeşidi genişləndirildi və fərqli ölçülərdə, rənglərdə və dizaynlarda yeni modellər təqdim olundu. Şirkət satışlarını əsasən onlayn mağaza, beynəlxalq distributorlar və interyer mağazaları vasitəsilə həyata keçirir.

Şirkətin sürətli inkişafı

Mustard Made qısa müddətdə sürətlə böyüyən biznesə çevrildi. Bu gün şirkət 35-dən çox ölkədə satış edir, 30-dan çox əməkdaşı olan beynəlxalq komandaya malikdir, Avstraliya, Böyük Britaniya və ABŞ bazarlarında aktiv fəaliyyət göstərir.

Bundan əlavə Avropada da anbar və logistika infrastrukturu yaradılıb ki, bu da məhsulların müxtəlif ölkələrə daha sürətli çatdırılmasına imkan verir.

Şirkətin gəlirləri

“Mustard Made” artıq “eight-figure revenue” kateqoriyasına daxil olan biznes hesab olunur. Bu isə şirkətin illik gəlirinin ən azı 10 milyon dollardan çox olduğunu göstərir.

Son illərdə satışlar daha da sürətlə artıb. Məlumatlara görə şirkətin qlobal satışları bir ildə təxminən 46% artıb, ABŞ bazarında satışlar isə 116% artaraq şirkətin ən böyük bazarlarından birinə çevrilib.

Onlayn satış platformaları da şirkətin inkişafında mühüm rol oynayıb. Təkcə e-commerce satışları 6 ay ərzində təxminən 2.9 milyon dollar gəlir gətirib və bəzi aylarda satışlar 300 min dollardan çox olub.

Mustard Made yalnız biznes fəaliyyətinə deyil, sosial layihələrə də diqqət yetirir. Şirkət Böyük Britaniyada evsiz insanlara dəstək göstərən Beam təşkilatı ilə əməkdaşlıq edir. Hər sifarişdən müəyyən məbləğ bu layihəyə yönləndirilir və indiyə qədər 126 min funt sterlinqdən çox ianə toplanıb.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Forbes: Dünyada 22 məşhur milyarder var - Onların sərvətləri nə qədərdir?

15.03.2026

Məktəb şkafından ilhamlanıb biznes quran bacılar milyonlar qazanır - SƏHƏR OXUSU

15.03.2026

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Məzənnə

Yüklənir...