Redaktor
2025-ci ildə kəskin dəyər itirən 6 səhm
2024-cü ildə möhkəm görünən bəzi səhmlər 2025-ci ili ciddi itkilərlə başa vurdu. Tariflər, iqtisadi artımın zəifləməsi və istehlakçı davranışlarındakı dəyişikliklər bir sıra iri şirkətlərin səhmlərinə ağır zərbə vurdu.
Aşağıda 2025-ci ilə nisbətən yaxşı vəziyyətdə başlayan, lakin ili xeyli aşağı səviyyədə bitirən altı şirkət və bu səhmlərə qoyulan 10.000 dollarlıq investisiyanın bugünkü dəyəri təqdim olunur.
"Enphase Energy" (ENPH)
Bir il əvvəl günəş enerjisi səhmləri olduqca güclü idi. Günəş enerjisi avadanlıqları istehsalçısı olan "Enphase Energy" 2024-cü ilin oktyabrında təxminən 95 dollar səviyyəsində ticarət olunurdu. Lakin 2025-ci ilin oktyabrına gəldikdə səhm qiyməti 37 dollara qədər düşdü.
Əgər bir il əvvəl "Enphase"ə 10.000 dollar yatırılmış olsaydı, təxminən 105 səhm alınardı. Bu gün həmin investisiyanın dəyəri 4.000 dollardan da az olardı — təxminən 60% zərər. 2025-ci ildə faiz dərəcələrinin yüksəlməsi evlərdə günəş panellərinin quraşdırılmasını azaltdı və qlobal bazarda təklif artıqlığı yarandı. Analitiklər hələ 2024-cü ilin sonlarında "Enphase"in artım tempinin zəiflədiyini xəbərdarlıq etmişdilər.
"Nike" (NKE)
"Nike" uzun illər “al və unut” tipli etibarlı səhm kimi tanınırdı. Lakin 2025-ci il şirkət üçün uğurlu olmadı. 2024-cü ilin oktyabrında səhm qiyməti 80 dollar, 2025-ci ilin oktyabrında isə təxminən 69 dollar idi. Bu 10.000 dollarlıq investisiyanın dəyərinin 8.600 dollara düşməsi deməkdir - təxminən 14% itki. Bu eniş tək bir səhvlə bağlı deyildi. Qlobal istehlak xərclərinin azalması, Çində zəif satışlar və artan tarif riskləri investorları ehtiyatlı olmağa məcbur etdi. "Nike" hələ də gəlirlidir, lakin bazar qeyri-müəyyən tarif mühitində ehtiyatlı davranır.
"Sarepta Therapeutics" (SRPT)
Biotexnologiya səhmləri sürətlə yüksələ və ya enə bilər. Sarepta bunun bariz nümunəsidir. 2024-cü ilin sonlarında səhmlər 120 dollar civarında idi, lakin 2025-ci ilin oktyabrında qiymət 22 dollara qədər gerilədi. Bir il əvvəl yatırılan 10.000 dollar bu gün 1.900 dollardan da azdır — bu isə təxminən 82% itki deməkdir. Klinik sınaqların nəticələri gözləntiləri doğrultmadı, tənzimləyici qurumlar isə təhlükəsizlik və effektivliklə bağlı yeni narahatlıqlar bildirdi. Biotexnologiya sektorunda etimad sarsıldıqda eniş çox sürətli və sərt olur.
"Peloton Interactive" (PTON)
Pandemiya dövrünün ulduzu olan Peloton uzunmüddətli uğuru qoruya bilmədi. 2024-cü ilin sonunda səhmlər 10 dollar, 2025-ci ilin oktyabrında isə təxminən 7,60 dollar idi. Bu 10.000 dollarlıq investisiyanın təxminən 7.600 dollara düşməsi - yəni 24% zərər deməkdir. Əsas problem istehlakçıların artıq əvvəlki kimi ağıllı fitnes avadanlıqları almamasıdır. Güclü rəqabət və zəifləyən avadanlıq satışları Peloton-un abunə modelinin təsirini azaldıb.
"Plug Power" (PLUG)
Təmiz enerji sektoru yalnız günəş enerjisi ilə məhdudlaşmadı. Hidrogen yanacaq hüceyrələri istehsalçısı Plug Power da ciddi itkilər yaşadı. 2024-cü ilin oktyabrında səhm qiyməti 6,80 dollar, 2025-ci ildə isə cəmi 2,40 dollar oldu.
10.000 dollarlıq investisiya bu gün təxminən 3.530 dollar dəyərindədir — 65% itki.
Şirkətin genişlənmə planları maliyyə çətinlikləri ilə üzləşdi. Plug Power gözləniləndən daha sürətlə nağd vəsait xərclədi və əlavə səhm buraxaraq investor paylarını zəiflətdi.
"Rivian Automotive" (RIVN)
"Rivian" 2025-ci ilə perspektivli elektrik avtomobil startapı kimi daxil olmuşdu. 2024-cü ilin oktyabrında səhm qiyməti 20 dollar, 2025-ci ilin eyni dövründə isə 9,50 dollar idi. Əgər 10.000 dollar yatırılmış olsaydı, bu gün dəyəri təxminən 4.750 dollar olardı — 52% azalma. Şirkət hələ də rentabelliyə çata bilməyib, istehsal xərcləri yüksəkdir və satış artımı gözlənildiyindən zəifdir. ABŞ–Çin tarif gərginliyi və EV bazarında tələbin zəifləməsi investorları daha ehtiyatlı olmağa vadar etdi.
Tənzilə Ağabalayeva
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib
05.03.2026Sərvət qazanmağın sadə, amma vacib 3 addımı
05.03.2026Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var
05.03.2026Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq
05.03.2026"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi
05.03.2026İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb
05.03.2026Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır
05.03.2026“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
05.03.2026“Unleash” 35 milyon dollar investisiya alıb
05.03.2026"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN
05.03.2026Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb
05.03.2026Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL
05.03.2026Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar
05.03.2026Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir
05.03.2026