Redaktor
15 yaşında ad günü pulları ilə biznes qurdu
Bir çox yeniyetmə ad günündə aldığı pulları əyləncəyə və ya şəxsi ehtiyaclarına xərcləyir. İngiltərədə yaşayan 15 yaşlı Uilyam Adams isə həmin pulları biznesə yatıraraq qısa müddətdə gündə min funt sterlinq qazanan geyim brendi qurmağı bacarıb.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, "Worcester" şəhərində yaşayan Uilyam “Fezaris” adlı küçə geyimləri brendini cəmi bir neçə gün əvvəl istifadəyə verib. O, biznesə başlamaq üçün illərlə yığdığı təxminən 3000 funt sterlinq qənaətini məhsul sifarişinə və ilkin xərclərə yönəldib.
Məlumata görə, Uilyam əvvəlcə Yeni il tətilində idman geyimləri şirkətlərindən birində təcrübə keçmək istəyib. Lakin müraciət etdiyi şirkətdən imtina cavabı aldıqdan sonra öz biznesini qurmaq qərarına gəlib.
Məktəbli brendin bütün işlərini valideyn evindəki otağından idarə edib. O, öz internet saytını yaradıb, "TikTok" üzərindən auditoriya toplayıb, məhsul dizaynlarını hazırlayıb və hətta Portuqaliyadakı təchizatçılarla özü danışıq aparıb. Hazırda brend əsasən futbolka, kapüşonlu geyim və papaq satışı həyata keçirir.

Uilyam atası Tom Adams bildirib ki, oğlu biznes ideyasını uzun müddət dostlarından gizli saxlayıb və demək olar ki, bütün prosesi təkbaşına idarə edib: "İlk gün 1000 funtluq satış oldu. Daha sonra 900 və 800 funtluq sifarişlər gəldi. O, saatlarla otağında oturub təchizatçı axtarırdı. İşdən evə gələndə onun Portuqaliyadakı şirkətlərlə qiymət danışığı etdiyini görürdüm".
Atasının sözlərinə görə, Uilyam sosial şəbəkə alqoritmlərini, marketinq strategiyalarını və biznes podkastlarını ciddi şəkildə araşdırır: “O, sadəcə geyim satmaq istəmirdi. Fərqli və gələcəkdə tanınacaq bir ad yaratmaq istəyirdi”.
Məktəbli biznesini rəsmi olaraq ad günündə valideynlərinin bağçasında təqdim edib. Həmin gündən sonra sifarişlərin sürətlə artdığı bildirilir. Ailə yaxın zamanda yeni məhsul seriyası hazırlamağı planlaşdırır.
Uilyamın əsas ilham mənbələrindən biri isə milyard dollarlıq "Gymshark" brendinin qurucusu Ben Francis olub. O da biznesə valideynlərinin qarajından başlamışdı. Uilyam gələcəkdə öz brendini beynəlxalq səviyyədə tanınan şirkətə çevirmək istədiyini deyib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026