5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır

Redaktor

05.05.2025 19:06
227

5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır

10 iyun tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərracda ümumilikdə 5 səhmdar cəmiyyətinə məxsus səhmlər satışa çıxarılacaq.

Valyuta.az xəbər verir ki, "Azinterservis"ə məxsus 443 min 77 ədəd buraxılmış səhmdən 133 min 167 ədədi satışa təqdim olunur.

Hər bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 266 min 334 manat olsa da, ilkin satış qiyməti 133 min 167 manat müəyyən edilib.

"Cəlilabad Şərab"ın 92 min 155 ədəd buraxılmış səhmdən 41 min 295 ədədi hərraca çıxarılacaq. Nominal dəyəri 4 manat olan bu səhmlərin ümumi nominal dəyəri 165 min 180 manatdır. Lakin satışa 148 min 662 manat ilkin qiymətlə çıxarılacaq.

"Daşkəsən Aqrotexservis"in ümumilikdə 97 min 623 ədəd buraxılmış səhmdən yalnız 47 ədədi hərraca təqdim olunur. Hər səhmin nominal dəyəri 2 manat olmaqla, bu səhmlər 94 manat ilkin satış qiyməti ilə təklif olunur.

"Zabrat Tikinti Quraşdırma"ya məxsus 43 min 692 ədəd səhmdən 75 ədədi hərraca çıxarılır. Səhmlərin nominal dəyəri 2 manat olsa da, satışa 150 manat ilkin qiymətlə çıxarılacaq.

"Bərdə Kəndkimya"nın isə 95 min 796 ədəd buraxılmış səhmi mövcuddur. Bu səhmlərdən 53 ədədi 106 manat ilkin qiymətlə satışa çıxarılır. Hər bir səhmin nominal dəyəri 2 manatdır.

Maya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ilin sağlamlıq turizmi səyahətləri - 8 trend

21.01.2026

Elektrikli avtomobillərdə batareya inqilabı: Cəmi beş dəqiqəyə tam şarj...

21.01.2026

"Moody`s": Azərbaycanın dövlət borcu 2026-2027-ci illərdə ÜDM-in 24%-ni ötməyəcək

21.01.2026

Qarlı hava 400 min manatlıq sığorta zərərinə səbəb oldu

21.01.2026

Kompüterinizi yavaşladan 7 tətbiq

21.01.2026

Yaz tətili üçün Avropada ən yaxşı 10 yer

21.01.2026

Milyonluq tender udan şirkətin külli miqdarda borcu var

21.01.2026

Süni intellektlə necə pul qazanmaq olar? - 7 real yol

21.01.2026

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

21.01.2026

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

21.01.2026

İlon Maskdan qalmaqallı çağırış: “ChatGPT-dən uzaq durun”

21.01.2026

Bir ildə xaricdən gətirilən geyimlərə 792 milyondan çox xərc çəkilib

21.01.2026

Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib

21.01.2026
Azərbaycanda bu bankları xanımlar idarə edib

Azərbaycanda bu bankları xanımlar idarə edib

21.01.2026

Yanğında 1 milyon manatlıq ziyana düşdülər

21.01.2026

Bakıda məşhur zavod kapitalından 16 milyon geri çəkdi

21.01.2026

"Yaşayış xərcləri maaşı üstələmir" - İqtisadçı

21.01.2026

Daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər

21.01.2026

Bu pensiyalar 53 manat artırılır

21.01.2026

Dövlətə dəyən 8 milyon manat ziyan ödətdirilib

21.01.2026

Məzənnə

Yüklənir...