Redaktor
Azərbaycan gənclərinin “Teknofest”də qalib olan layihəsi - "İnvestisiya alsa..."
Azərbaycanlı gənclərin layihəsi Türkiyədə təşkil olunan “Teknofest 2024”də qalib olub. "Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə l yerə layiq görülən layihə “PsychoAİ” adlanır. Layihə 788 min 161 komanda içərisindən birincilik qazanıb. Psixoloji dəstəyə əsaslanan layihənin təsisçilərindən olan Jalə Muradlı Valyuta.az saytına layihələri ilə bağlı danışıb.
VR eynəklər vasitəsilə fərdi psixoloqunuzu dizayn edə bilərsiz
J.Muradlı bildirdi ki, “Versetech” komandası olaraq innovasiyanın gücü ilə qlobal problemləri həll edən layihələr üzərində işləyirlər. “PsychoAI” layihəsi isə müasir dövrdə psixoloji mərkəzlərin və xidmətlərin maliyyə baxımından əlçatan olmaması, insanların psixoloji dəstəyi asanlıqla əldə etmələrini məqsəd qoyur:
“VR eynək vasitəsilə yaratdığımız bu layihəyə əsasən öz psixoloqunuzu seçə bilərsiz. Virtual eynəklər sizə istədiyiniz mühiti seçərək, istədiyiniz vaxt psixoloqunuzla söhbət etmək imkanı verir. Əsas məqsəd insanlar üçün vaxt və maddi itki olmadan, müasir texnologiyanın imkanlarından istifadə edərək psixoloji xidmətlərin əlçatan olmasını həyata keçirməkdir. İnsanlar virtual eynəklərdən istifadə edərək düşüncə və istəklərinə uyğun şəkildə seansın keçiriləcəyi otağa gedib, psixoloqu ilə söhbət edə bilər. Maddiyat və çatımlılıq baxımdan VR eynəklərdən istifadə edə bilməyən şəxslər də olur. Məsələnin bu tərəfini düşünüb virtual eynəklərdən istifadə üçün mobil tətbiq də yaratmışıq. Mobil tətbiqi telefonunuza endirib, qeydiyyatdan keçdikdə istifadə etmək istədiyinizi seçə bilərsiz. Daha sonra sizə zəng gəlir və süni intellektimiz sizinlə danışmağa başlayır. Bu metod, psixologiyada müasir yanaşmaların bir hissəsi olaraq, daha effektiv müalicə və dəstək yolları təqdim edir”.

Jalə Muradlı bildirib ki, layihə üzərində davamlı yenilənmə edirlər: “PsychoAİ” layihəmiz uzun bir inkişaf prosesindən keçib. 9 aydır ki, reallaşdırma mərhələsindədir. İlk 3 ayda, hədəf kütləmizi müəyyənləşdirmək məqsədilə tibb işçiləri, stresslə mübarizə aparan işçilər, psixologiya tələbələri və müharibədə iştirak etmiş hərbi qulluqçularla müzakirələr apardıq. Bu araşdırmalar sayəsində layihəmizi innovativləşdirərək daha əlçatan edə bilmək üçün yollar axtardıq. İndiyə qədər, bir çox psixoloqlarla əməkdaşlıq edərək araşdırmalar apardıq və “Teknofest2024” üçün müraciət etdik. Layihənin üzərində demək olar ki, hər həftə yenilənmə aparırıq”.
"Mümkünsüz" sözü ilə mübarizə aparmağı öyrəndik
Müsahibimiz komanda üzvləri, onların lahiyədəki rolu haqqında da danışdı: “Komandamız 7 üzv və 2 mentordan ibarətdir. Üzvlərimizin ən böyüyü 18 yaşındadır. Layihə ərzində süni intellekt, oyunlaşdırma, araşdırma, frontend və backend kimi vəzifələri aramızda bölmüşük. Yaş və təcrübəyə görə mütəxəssis olmasaq da, iştirak etdiyimiz yarışlar və hazırladığımız layihələr sayəsində həm öyrənir, həm də başqalarına öyrədirik. Bizi fərqləndirən əsas amillərdən biri də məhz bu öyrənmə prosesi və əməkdaşlıqdır”.

J.Muradlının sözlərinə görə, mentorları Şahin Xəlilov və Günay İmanzadə, onlara "mümkünsüz" sözü ilə mübarizə aparmağı öyrədiblər: “Onlar "Teknofest 2022"nin birinciləri və prezident mükafatçılarıdır. Günay İmanzadə isə bu il "Forbes 30under30" siyahısına daxil olan yeganə azərbaycanlıdır. Onların fərqi, bizə doğru yolu göstərməkdə deyil, o yolu bizimlə birgə addımlamaqdadır”.
Daha spesifik və elmi əsaslı cavablar təqdim edir
J.Muradlı qeyd edib ki, layihənin fərqi süni intellekt hissəsinin işləmə prinsipi, istifadəçilər üçün maliyyə uyğunluğu və əlçatan olmasıdır:
“Siz "ChatGPT" və "Gemini" kimi proqramların verdiyi ümumi motivasiya mesajlarından fərqli olaraq, daha spesifik və elmi əsaslı cavablar təqdim edirsiniz. 6 ay ərzində topladığınız məlumatlar və psixoloqlardan əldə etdiyiniz datalar sayəsində, yaradılan süni intellekt insanların konkret ehtiyaclarına və emosional vəziyyətlərinə uyğunlaşa bilir. Bu yanaşma, istifadəçilərin daha effektiv dəstək almasına və onların psixoloji vəziyyətlərinə daha uyğun cavablar əldə etməsinə imkan tanıyır.
Bu, layihənizin daha güclü və faydalı olmasına gətirib çıxarır, çünki siz insanları yalnız motivasiya etməklə qalmayıb, həm də onların fərdi problemlərinə dərinləşdirilmiş bir anlayışla yanaşırsınız”.

Proyekt investisiya alsa, gələcəkdə çox uğurlu olacaq
J.Muradlı qeyd edib ki, layihəmizin ən böyük uğuru “Teknofest2024”də 788 min 161 komanda arasından birincilik əldə etməsi oldu: “Bu qalibiyyətimizə görə, Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan tərəfindən təltif edildik. Uğurumuzun əsas səbəbi layihəmizin gücüdür. Hələ ki bu layihəmiz üçün investorlarla görüşümüz baş tutmayıb. Mentorumuz Günay İmanzadə deyir ki, ümumiyyətlə, startap dünyasında bütün proseslər bu cür baş verir, sən 97 % yox, 3 % "hə" cavabı alırsan. İnanırıq ki, hazırladığımız proyekt investisiya alsa, çox uğurlu bir gələcəyi olacaq”.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTürkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb
27.03.2026Yaponiya "Tomahawk" raketlərini buraxa bilən ilk esminesə sahiblənib
27.03.2026Sement ixracından gələn gəlirlərdə milyonluq azalma olub
27.03.2026Vaqif İsrəfilzadənin vəzifəsi kiçildildi, yerinə təyinat oldu
27.03.2026
Dolların üzərində Trampın imzası? – Rusiya mediasında yayılan məlumatlar təsdiqlənmir
27.03.2026Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
27.03.2026Pul idarəetməsində uğurlu olduğunuzu göstərən 8 əlamət - SƏHƏR OXUSU
27.03.2026“Kurtlar Vadisi”nin məşhur malikanəsi satışa çıxarıldı - FOTO/VİDEO
26.03.2026Azərbaycana təhlükəli arılar gətirilib
26.03.2026Devy Remsidən əməl etməli olduğunuz 6 maliyyə məsləhəti
26.03.2026İran neft satışlarından milyardlarla dollar gəlir əldə edib
26.03.2026Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
26.03.2026Qızıl istehsalında 15%-lik azalma olub
26.03.2026"Meta" süni intellekt xərclərinə görə yüzlərlə əməkdaşını ixtisar edir
26.03.2026Alma ixracından alınan gəlir 4 milyon dollar artıb
26.03.2026Özəl fondların yaradılması ilə pensiyalar artacaq
26.03.2026Nəsillərarası sərvətin formalaşdırılması üçün yüksək gəlirli ailələrin istifadə etdiyi 5 strategiya
26.03.2026Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard manatı ötüb
26.03.2026