Redaktor
Yeni iqtisadi rayonların əsas göstəriciləri – Rayonların ərazisi və əhalisi… (CƏDVƏL)
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsünün aparılmasından sonra regionlar üzrə ərazi sahəsinə, əhali sayına və ümumi məhsul istehsalına dair göstəricilərdə dəyişiklik baş verib.
Valyuta.az-ın Sfera.az-a istinadən verdiyi məlumata görə, ərazi baxımından ən böyük iqtisadi rayon Qarabağ iqtisadi rayonudur.
Ərazi cəhətdən digər böyük iqtisadi rayonlar Şəki-Zaqatala, Şərqi Zəngəzur və Qazax-Tovuz rayonlarıdır. Sahəsi kiçik olan iqtisadi rayonlar isə Bakı, Abşeron-Xızı və Gəncə-Daşkəsəndir.
Əhali sayına baxımından ən böyük iqtisadi rayon Bakıdır. Bakı əhalinin çoxluğuna görə digər rayonlardan kəskin fərqlənir. Ölkə əhalisinin 21,1 faizi Bakıda daimi qeydiyyata alınıb.
Bakıdan sonra əhali sayı baxımından ən böyük regionlar Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuzdur. Əhalisi az olan iqtisadi rayonlar Dağlıq Şirvan, Şərqi Zəngəzur və Naxçıvandır.
Bakı, ümumi məhsul buraxılışının dəyərinə görə də digər regionlardan kəskin fərqlənir. 2019-cu ildə 91 milyard manatlıq məhsul istehsalının 67 faizi Bakının payına düşür. Bakını Abşeron-Xızı, Naxçıvan və Mərkəzi Aran iqtisadi rayonları izləyir.
Ən az məhsul buraxılışı olan iqtisadi rayonlar isə Şərqi Zəngəzur, Dağlıq Şirvan, Qarabağ iqtisadi rayonları olub.
Şərqi Zəngəzurda istehsalın zəif olmasının səbəbi bu iqtisadi zonaya daxil olan rayonların işğal altında qalmasıdır. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərin bir hissəsinin işğala məruz qalması da iqtisadi göstəricilərə mənfi təsir edib.
Xatırladaq ki, əvvəlki bölgüyə əsasən, Azərbaycanın ərazi baxımından ən böyük iqtisadi rayonu Aran (21,15 min kv. km.) və Gəncə-Qazax (12,3 min kv.km.) idi. Əhali sayı və məhsul istehsalına görə isə Abşeron iqtisadi rayonu digərlərindən kəskin fərqlənirdi.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025