Redaktor
Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək
İlin sonuna qədər Yaponiya Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirəcək və Rusiya Federasiyasına qarşı tədbirlərdən yayınmağa kömək etdiyi iddia edilən üçüncü ölkələrin təşkilatlarını da daxil edəcək.
Valyuta.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən "Yeddilik" Qrupunun (G7) liderlərinin onlayn görüşünün yekunları üzrə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Rusiyaya qarşı sanksiyalarla bağlı Baş nazir Fumio Kişida bildirib ki, Rusiyanın fiziki və qurumlarına qarşı yeni sanksiyalarla yanaşı, bu tədbirlərdən yayınmada şübhəli bilinən üçüncü ölkə təşkilatları da ilin sonuna kimi hədəfə alınacaq”, - bəyanatda deyilir.
Yaponiya Xarici İşlər Nazirliyi üçüncü ölkələrin təşkilatlarına qarşı sanksiyaların siyahısının tədricən genişləndiriləcəyini qeyd edir. Bundan əlavə, Yaponiyanın gələn ilin yanvarından etibarən G7 səviyyəsindəki razılaşmalara uyğun olaraq Rusiya almazlarının idxalını məhdudlaşdırmaq üçün də tədbirlər görəcəyi vurğulanır.
Yeddilik Qrupu (G7) çərşənbə günü keçirilən iclasının sonunda elan edib ki, 2024-cü il yanvarın 1-dən Rusiyada hasil edilən və ya emal edilən almazların idxalına məhdudiyyətlər tətbiq edəcəklər və martın 1-dən etibarən digər ölkələrdə emal edilmiş rus almazlarına məhdudiyyətlər də qüvvəyə minməlidir.
Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq edilən Yaponiya sanksiyaları artıq Rusiyadan olan 1000-ə yaxın insan və 100-ə yaxın təşkilatı əhatə edir. “Alfa Bank”, VTB, VEB.RF, “Novikombank”, “Otkritie Bank”, “Promsvyazbank”, “Rossiya Bank”, “Sberbank”, “Sovcombank”, həmçinin 40-a yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub. Bundan əlavə, Yaponiya artıq 800-ə yaxın adda olan Rusiya Federasiyasına ixracı qadağan edilən mal və texnologiyaların siyahısını təsdiqləyib. O cümlədən, dəyəri 6 milyon yendən (təxminən 43 min dollar) çox olan avtomobillərin ixracı qadağan edilib. Avqustun 9-dan Yaponiyadan Rusiyaya mühərrik həcmi 1,9 litrdən çox olan benzin və dizellə işləyən avtomobillərin və hibrid avtomobillərin tədarükü də qadağan edilib.
Nicat
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"Banklar əmanətlərdən müştərilərdən çox qazanır" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL
10.03.2026Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq
10.03.2026Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi
10.03.2026“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər
10.03.2026Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"
10.03.2026Sabah yağış yağacaq, külək əsəcək
10.03.2026Elektrikli hava taksiləri 26 ştatda uçuşlara başlayacaq
10.03.2026Ödəniş kartları ilə 11 mlrd. manatdan çox əməliyyatlar aparılıb
10.03.2026Azərbaycanda məşhur karqo şirkəti fəaliyyətini dayandırır
10.03.2026"İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər"
10.03.2026