Redaktor
Rusiya avtomobil satıcıları "Renault"u məhkəməyə verdi
Rusiyanın ilk yerli diler holdinqləri olan RTDS və "BN-Motors" 2022-ci ildə Fransa şirkəti Rusiya bazarını tərk etdikdən sonra "Renault"a qarşı arbitraj məhkəmələrində iddia qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Vedomosti" məlumat yayıb.
Qeyd edilir ki, iddiaların ümumi məbləği hələ nisbətən kiçikdir və 760 milyon rubl (təxminən 14,5 milyon AZN) təşkil edir.
"Renault" Rusiyadakı fəaliyyətini 2022-ci ilin martında dayandırıb. Mayın ikinci yarısında Sənaye və Ticarət Nazirliyi "Renault" qrupunun Rusiya aktivlərinin dövlət mülkiyyətinə keçdiyini açıqlayıb. "Renault Russia" zavodunun qiymətli kağızları Moskva şəhər rəhbərliyi tərəfindən alınıb, "Renault"un AvtoVAZ-dakı payı NAMI İnstitutuna (Sənaye və Ticarət Nazirliyinin tabeliyində) verilib. Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib ki, avtomobil istehsalçısının aktivlərinin dövlətə təhvil verilməsi geri almaq hüququ ilə "rubl üçün sövdələşmə" kimi rəsmiləşdirilib.
"Renault"nun Rusiyada fəaliyyətini dayandırmasından xalis zərəri 2,3 milyard avro təşkil edib.
2023-cü ilin may ayında Rusiyadan olan avtomobil dilerləri Fransanın avtomobil istehsalat korporasiyasından Rusiya bazarını tərk etməsi ilə əlaqədar yaranan 8,5 milyard rubl məbləğində itkiləri kompensasiya etməyi xahiş ediblər. Rusiya Avtomobil Dilerləri Assosiasiyası (ROAD) bu barədə avtomobil istehsalçısının prezidenti Jan-Dominik Senara məktub göndərib.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025