Redaktor
Problemli kreditlər artır - Banklar güzəşt edə bilər?
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib.
Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 12,8 faiz artım deməkdir. Problemli kreditlərin artmasının səbəbi nədir? Bu sahəni tənzimləmək üçün hansı tədbirlər görmək olar?
Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, ölkədə bütünlükdə kredit portfeli artıb: “Portfel artanda da problemli kreditlər də artır. Hazırda gəlirlər azalır, qiymətlər artır, biznesdə də eyni vəziyyətdir. Gəlirlilik aşağı düşüb. Buna görə də kreditləri qaytarmaqda problem var və get-gedə artacaq".
Əkrəm Həsənov qeyd edib ki, problemli kreditlərlə bağlı dövlət tərəfindən hansısa güzəşt gözləməyə dəyməz: “Əksinə, ola bilər ki, Mərkəzi Bank banklara qarşı kredit siyasətində tələbləri sərtləşdirə bilər ki, problemli kreditlər artmasın. Lakin kreditlər bankların əsas qazanc yeri olduğuna görə, onlar kredit verməyə maraqlıdır. Biznes sahibləri isə kredit götürməkdə daha ehtiyatlıdır. Ancaq vətəndaşlar üçün əsas kredit götürməkdir, onlar prosesin sonrasını fikirləşmir. Bu baxımdan da kreditlərlə bağlı problemlər get-gedə dərinləşəcək”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025