Oqtay Qasımov: "Bakı Fond Birjası bu yaxınlarda yeni interaktiv statistik platformasını təqdim edəcək"

Redaktor

20.11.2025 16:34
780

Oqtay Qasımov: "Bakı Fond Birjası bu yaxınlarda yeni interaktiv statistik platformasını təqdim edəcək"

Bakı Fond Birjası (BFB) bazar məlumatlarının əlçatanlığını artırmaq üçün yeni interaktiv statistik platformanı bazara təqdim edəcək.

"Report" xəbər verir ki, bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, hazırda birjanın rəsmi saytında yerləşən "Bazar icmalı" bölməsi investorlar, treyderlər və analitiklər üçün əsas məlumat mənbələrindən biridir:

"Vətəndaşlarımız bu bölmədən bazarda dövriyyədə olan qiymətli kağızları, istiqrazları və bazar seqmentlərini tam şəkildə görə bilirlər".

O. Qasımov qeyd edib ki, BFB yaxın müddətdə daha geniş funksionallığa malik interaktiv statistik sistem təqdim edəcək:

"İlin sonuna qədər bazar üçün interaktiv statistik həll istifadəyə veriləcək. Bu sistem analitik məlumatlara çıxışı asanlaşdıracaq və bazarın dərinliyi barədə daha əhatəli təsəvvür yaradacaq".

BFB rəsmisi hesab edir ki, yeni platforma həm bazar iştirakçılarının qərarvermə imkanlarını genişləndirəcək, həm də kapital bazarlarında şəffaflığın artırılmasına əlavə töhfə verəcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi

10.03.2026

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026

Məzənnə

Yüklənir...