Redaktor
"Nvidia" və "Walmart"ın güclü hesabatlarına baxmayaraq ABŞ səhm bazarında kəskin eniş davam edir
ABŞ birjalarında cümə axşamı kəskin geriləmə qeydə alınıb. Valyuta.Az xəbər verir ki, bu, "Nvidia"nın güclü maliyyə nəticələri və sentyabr ayına dair məşğulluq hesabatının dərcindən sonra baş verib. Hesabatda həmin ay gözləniləndən daha çox iş yerinin yaradıldığı bildirilib.
Sessiya sonunda texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi "Nasdaq Composite" indeksi (^IXIC) gün ərzində 3,5%-ə yaxın düşsə də, ümumilikdə 2,1% azalıb. "S&P 500" (^GSPC) 1,5%, "Dow Jones Industrial Average" (^DJI) isə 380 bənd və ya 0,8% dəyər itirib.
Ticarətə başlanğıcda müsbət ab-hava hakim olub. "Nvidia"nın nəticələri, məşğulluq hesabatı və "Walmart"ın üçüncü rüb göstəriciləri investor əhvalını gücləndirib.
Kriptovalyuta bazarında da oxşar eniş müşahidə olunub. Sessiya bağlanarkən "bitcoin"in qiyməti 87.000 ABŞ dollarından aşağı düşərək aprel ayından bəri ən aşağı səviyyəyə yaxınlaşıb. "Ether"in də dəyəri azalıb.
"Nvidia" səhmləri 3,1% ucuzlaşıb
Çip istehsalçısı "Nvidia" səhmləri günə 5%-ə qədər artımla başlasa da, sessiyanı 3,1% itki ilə yekunlaşdırıb. Şirkət gözləntiləri üstələyən gəlir proqnozu açıqlasa da, bu, satış qərarlarını dayandırmayıb.
Şirkətin baş direktoru Censen Huanq (Jensen Huang) bildirib ki, yeni "Blackwell" prosessorlarına tələb "möhtəşəm" səviyyədədir. Bu bəyanat süni intellektlə əlaqəli səhmlərdəki zəifləmənin uzunmüddətli olmayacağına dair nikbinlik yaratsa da, bazar buna reaksiya verməyib.
Məşğulluq hesabatı: yeni iş yerləri artsa da, işsizlik də yüksəlib
ABŞ Əmək Statistikaları Bürosuna görə, sentyabr ayında ölkə iqtisadiyyatında 119.000 yeni iş yeri yaradılıb. Bu, analitiklərin proqnozlaşdırdığı 51.000-dən xeyli çoxdur. Eyni zamanda, işsizlik səviyyəsi 4,3%-dən 4,4%-ə yüksəlib.
Hesabatdan sonra opsion bazarında Federal Ehtiyat Sisteminin (Fed) dekabr iclasında faiz dərəcələrini endirmə ehtimalı 38% olaraq qiymətləndirilib. Bu göstərici əvvəlki günlə müqayisədə artsa da, Fed-in qərarları ilə bağlı yekdil fikir formalaşmayıb.
Qeyd edək ki, bu göstəricilər ABŞ-da dövlət bağlanmasından sonra dərc olunan ilk əsas iqtisadi məlumatlardır. Fed-in oktyabr protokollarında əmək bazarındakı zəifləmə və inflyasiya arasında risk balansının necə qurulacağı ilə bağlı ciddi fikir ayrılıqları olduğu vurğulanıb.
"Walmart" nəticələri ilə diqqət çəkib
"Walmart" üçüncü rübdə həm mənfəət, həm də satış göstəricilərində proqnozları üstələyib və illik maliyyə proqnozunu yüksəldib. Şirkətin səhmləri təxminən 7% bahalaşıb. Analitiklər bu nəticələri bayram mövsümünə doğru istehlakçı gücünün göstəricisi kimi dəyərləndirir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərNazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti
10.03.2026“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
10.03.2026"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
10.03.2026Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi
10.03.2026İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır
10.03.2026Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri
10.03.2026“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi
10.03.2026Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq
10.03.2026