Niyə kapitalizmdən əl çəkə bilmirik?

Redaktor

10.06.2025 16:55
291

Niyə kapitalizmdən əl çəkə bilmirik?

Kapitalizm bu gün dünyanın ən geniş yayılmış iqtisadi modeli deyil, həm də qlobal həyat tərzidir. Demək olar ki, bütün ölkələrin iqtisadi həyatında kapitalist prinsiplər hökm sürür. Lakin son illərdə artan sosial bərabərsizlik, ekoloji böhran və psixoloji təzyiqlər kapitalizmə qarşı tənqidlərin artmasına səbəb olub. Buna baxmayaraq, bəşəriyyət kapitalizmdən niyə əl çəkmir?

İqtisadçı ekspert Rəşad Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, kapitalizm bəşəriyyət üçün ideal bir sistem olmasa da, alternativlərnin ya işləməməsi, ya da inandırıcı olmaması səbəbilə dominant olaraq qalır: “İnsanların azadlıq, rifah, istehlak, mülkiyyət hüququ və fərdi təşəbbüs arzuları ilə uyğunlaşdığı üçün də asanlıqla əl çəkə bilmirlər”.

R.Həsənov bildirdi ki, kapitalizm sərbəst bazar münasibətləri fonunda özəl mülkiyyətə əsaslanan, gəlirin maksimallaşdırılmasına hədəflənmiş bir iqtisadi modeldir: “Kapitalizmin radikal tənqidçilərindən biri olan Karl Marks belə mülkiyyət hüququndan imtinanın doğura biləcəyi sosial fəsadları dərk edir və bu məsələyə yanaşmalarında toxunurdu. Kapitalizmdə rəqabət əsas hərəkətverici qüvvədir. Bu, insan potensialının səfərbər edilməsini, yeni ideyaların ortaya çıxmasını və innovasiyaların inkişafını təşviq edir.

Amerikalı iqtisadçı Milton Friedman kapitalizmin üstünlüklərini xüsusilə təhsil sistemində dövlət və özəl sektorun müqayisəsi ilə əsaslandırmağa çalışırdı. Onun arqumentlərinə görə, özəl sektorun effektivliyi daha yüksəkdir”.

Ekspert əlavə edir ki, kapitalist modelin fərqləndirici üstünlüklərindən biri onun çevikliyidir: “Kapitalizm ideyanın dəyərinə və resursların əlçatanlığına əsaslanaraq inklüzivlik yaradır. Bu, sistemin adaptasiya qabiliyyətini və yeniliklərə çevik reaksiyasını artırır. Müasir çağırışlar - ticarət müharibələri, texnologiyanın sürətli inkişafı, süni intellektin yüksəlişi, iqlim dəyişikliyi və gəlir bərabərsizliyi - kapitalist modeli tənzimləmə və yenidən dizayn etməyə vadar edir”.

İqtisadçı Ace Molnun tədqiqatlarında kapitalizmdə ciddi problem olaraq önə çıxan məsələlərdən birinin gəlir bərabərsizliyidir. Bu mövzuya toxunan R.Həsənov dedi ki, bu məsələ artıq ciddi uçurumlar formalaşdırıb: “Yeni bir model ortaya çıxarsa, bu model gəlir bərabərsizliyini həll etməlidir. Gün keçdikcə bir çox kapitalist modellər özündə sosialist, sol dəyərləri birləşdirməyə çalışır və inkişaf edir”.

“Kapitalizmin bu qədər uzunömürlü olmasının əsas səbəbi də məhz onun dəyişikliklərə cavab verə bilmə qabiliyyətidir. Gələcəkdə bu modelin mövqeyini qoruyub saxlaması, onun özünü tənzimləməyə və yeni çağırışlara uyğunlaşmağa nə qədər davam edə biləcəyindən asılı olacaq.  Kapitalist iqtisadi modelin resursları tükənməyib və bu model gün keçdikcə özü-özünü təkmilləşdirir. Konservativ iqtisadi modellər güclənərək bu institutları məhv etməsə, kapitalizm uzun müddət dünyada aparıcı iqtisadi model olaraq qalacaqdır. Gələcəkdəki 50–100 ildə onun dəyişməsi yönündə çağırışlar yoxdur” – deyə iqtisadçı bildirdi.

R.Həsənov qeyd etdi ki, Azərbaycandakı iqtisadi modeli inkişaf etmiş ölkələrin iqtisadi modeli ilə müqayisə etsək, çox daha geridə qaldığını görərik: “Azərbaycan iqtisadiyyatını hazırda daha çox qiymətləndiricilər tərəfindən qarışıq iqtisadi model kimi nəzərdən keçirilir. Azərbaycan iqtisadiyyatı transformasiya dövrünü tam başa vurmayıb  və transformasiya institutları bu məsələdə tam effektiv deyil. Azərbaycan iqtisadiyyatı hazırda birmənalı bazar iqtisadiyyatı hesab olunmur, qarışıq iqtisadi modeldir və indiki halda uğursuz qarışıq iqtisadi model adlandırmaq daha doğru olar”.

Tənzilə Ağabalayeva

Niyə kapitalizmdən əl çəkə bilmirik?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi

10.03.2026

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Məzənnə

Yüklənir...