“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

Redaktor

15.04.2025 17:26
299

“Unibank” ilə zəif mənfəətlə başlayıb - 61%-lik geriləmə

“Unibank” 2025-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Valyuta.az xəbər verir ki, bank hesabat dövrünü 2 milyon 800 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61,87% azdır. Xatırladaq ki, 2024-cü ilin birinci rübündə bankın xalis mənfəəti 7 milyon 344 min manat təşkil etmişdi.

Bu rübdə bank 785 min manat mənfəət vergisi ödəyib. Halbuki ötən ilin ilk rübündə bu istiqamətdə heç bir vergi ödənişi həyata keçirilməyib.

Hesabat dövründə faiz gəlirləri 2 milyon 19 min manat və ya 3,6% artaraq 58 milyon 26 min manat olub. Artım banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərində müşahidə olunub - bu gəlir 109 min manat artaraq 123 min manat təşkil edib. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 2 milyon 495 min manat artaraq 55 milyon 615 min manat olub.

Faiz borcları üzrə yaradılan məqsədli ehtiyatlar 891 min manatdan 1 milyon 750 min manata yüksəlib.

“Unibank”ın faiz xərcləri 15,13% artaraq 22 milyon 75 min manata çatıb. Bu artım əsasən cəlb edilmiş kreditlərə görə ödənilən faizlər (3 milyon 895 min manat) ilə bağlıdır. Qeyd edək ki, bu dövrdə bank Mərkəzi Bank və Dövlət Fondları qarşısında faiz xərci ödənişi etməyib.

Bankın xalis faiz gəliri 4,84% azalaraq 34 milyon 200 min manata düşüb.

Bankın qeyri-faiz gəlirləri 27 milyon 219 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 823 min manat artım deməkdir. Artım əsasən komissiya gəlirləri və valyuta əməliyyatlarından əldə edilən gəlirlər hesabına baş verib.

Bununla belə, qeyri-faiz xərcləri 49 milyon 458 min manata qədər artaraq 5 milyon 456 min manatlıq artım göstərib. Xərclərin artması bankın əməliyyat mənfəətini ciddi şəkildə azaldıb.

Nəticədə “Unibank”ın mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyon 585 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51,18% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 7 milyon 344 min manat təşkil edib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Kriptodələduzluğun artması və tokenlərin saxtalaşdırılması - ən “səssiz” sxemlərdən biri kimi

10.03.2026

İrandakı müharibə hava səyahətinə təsir edir: Biletlər sürətlə bahalaşır

10.03.2026

Dünyanın ən məşhur və qalmaqallı 10 hakeri

10.03.2026

“Azər-Türk Bank”ın keçmiş əməkdaşına “Premium Bank”da vəzifə verildi

10.03.2026

Bank dələduzluğu ilə mübarizə üçün vahid “qara siyahı” bazası yaradılacaq

10.03.2026
Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub?

Azərbaycanda son 5 ildə orta aylıq əməkhaqqı nə qədər olub? - CƏDVƏL

10.03.2026

Bakıda 3 milyonluq abadlıq işləri aparılacaq

10.03.2026

Uşaqlıq hobbisi milyardlıq startapa çevrildi

10.03.2026

“Aramco” rəhbəri: Hörmüz boğazının bağlanması dünya neft bazarı üçün fəlakətli ola bilər

10.03.2026

Prezident Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

10.03.2026
"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

"Məşğul görüntüsü yaratmaq üçün zənglərə cavab verməmək peşəkarlıq deyil"

10.03.2026

Sabah yağış yağacaq, külək əsəcək

10.03.2026

Məzənnə

Yüklənir...