Redaktor
“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir®
Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir.
Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər. Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır.
Yeniliklərdən biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində təklif olunan “Visa Infinite” kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə biləcəklər.
Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü qazandırır.
Qeyd edək ki, bütün bu yeniliklər “Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!” şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. Tədbir Birbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib.
Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək. Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün //private.birbank.az/ saytına müraciət edə bilərsiniz.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025
"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025