Redaktor
Kirayə mexanizmi çərçivəsində daha 232 mənzil satışa çıxarılıb
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində daha 232 yeni, tam təmirli mənzili vətəndaşların seçiminə verir.
Valyuta.az xəbər verir ki, mənzillər 1 və 2 otaqlı olmaqla aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 18 dekabr 2023-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4260 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə aktiv olacaq IT təqaüd proqramları açıqlandı - SİYAHI
08.12.2025
Azərbaycanda bank kartları metroda ödənişə nə qədər cashback verir?
08.12.20258 min manatlıq müavinət kimlərə veriləcək?
08.12.2025"Xalq Sığorta" müştərilərinə nə qədər ödəniş edib?
08.12.20258 minə yaxın müəllim işdən çıxarılıb
08.12.2025İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin baş icraçı direktorunu qəbul edib
08.12.2025"Rəhbərliyin “Ərizəni yaz, işdən çıx” deməsi qanuna ziddir"
08.12.2025Trendyol və Azərlotereya əməkdaşlığa başladı - “1001 Sevinc” artıq ‘’Trendyol’’da ®
08.12.2025Vüqar Qurbanov bu mərkəzin direktorunu işdən çıxardı - FOTO
08.12.2025Büdcə rəqəmləri açıqlandı - Hansı qurumlar gözləntiləri doğrultmadı?
08.12.2025İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
08.12.2025BDU-da 1 milyona nə işlər görüləcək?
08.12.2025